BOYUKLERE HORMETSIZLIK

Müəllif: Mr. OffiCeR
Şərhlər: 0
Baxılıb: 12 019
Səs ver:
(səs: 2)

http://imgs.su/tmp/1320326926-656.jpg

 

Qafqazda yaşca böyüklərə hörmət eləmək qəbul olunmuş bir qanundur. Əslində bu hər yerdə qəbul olunub.Sadəcə bizdə bu qanuna hər yerdə və hər zaman tabe olmaq lazımdır. Məsələn, gedirsən avtobusda böyüyün dedisə dur - belədə olmalıdı. Tumu çeyniyib yerə tökmə - baş üstə deyərdik adətən. Uşaqlıqda böyüklərin dediklərini eləmək menim üçün çox xoş idi.Onların bir sözü ilə hara desəniz gedərdim. Və məni sevinc bürüyürdü ki, yaşca böyüyüm məni teriflədi. Ancaq indiki vəziyyət necədir?

 

Bankın qabağında 40 nəfər durub. Burda həm pensionerlər, həm cavanlar, həm hansısa qohumuna pul göndərmək istəyənlər, həm mayışını almaq istəyənlər sıraya düzülüblər. Hamı tələsir. Burda pul var, o, isə hamiya lazımdı,buna görə də hamı burda onun vaxtının nə zaman gələcəyini gözləyir. Burada böyüklərə necə hörmət eləmək olar:sakit durmaq,söz güləşdirməmək,və özünü qabağa atmamaq.Sıra tıxaca bənzəyirdi.

 

70 yaşlı bir kişi yaxınlaşdı. Çox eleqant geyimdə,papağda,çöldə palçığın olmasına baxmayaraq təmiz ayaqqabılarda. Əvvəcə o mənim çox xoşuma gəldi.Amma sonra onun nece bir insan olduğu ortaya çıxdı..Bu 70 yaşlı kişi özü kimi qocaların,pensionerlərin,xəstələrin və başqalarının qabağından sıradan kənar keçdi.Kimsə ona qarşı  dedi...tam yadımda deyil...o isə çevrilib "böyüklərə hörmət qalmıyıb daha" deyib,irəli getdi.

 

Mən filosof və ya alim deyiləm. Sadəcə həyatımın hər bir günündə insanlara olan güvənimi itirə-itirə gedirəm. İndi hamı cavanları hörmətsizlikdə günahlandırır.Amma yaşlılara bizim hörmətimizin olması üçün onların birinci növbədə bir-birinə hörmət eləməyi  gərəklidir. Onlar çalışıb hörmətlərini qoruyub-saxlamalıdılar.

 

Siz bu barədə nə düşünürsünüz?

(səs: 2)
Şərhlər: 0
Baxılıb: 12 019
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri