Arzum-aysum itirdikləri və qazandıqları

Müəllif: Mr. OffiCeR
Şərhlər: 11
Baxılıb: 2 149
Səs ver:
(səs: 1)
1. Qazandıqların və itirdiklərin:
Mənə çox dəyər verən, pisliklərdən və pis insanlardan qoruyan, hər zaman yanımda olub üzümü güldürən bidənəmin sevgisini qazanmışam. Və onun sayəsində Tanrı mənə gözəl göyçək, əli ayağı düz, hər tərəfli sağlam iki gül qızımı verib.
 
Ailəm dəki öz yerində. Onları mən qazanmamışam, ömrümün ilk anından Tanrının mənə verdiyi gözəl bir hədiyədi.
Bu günə qədər hələ ki, heç nə itirməmişəm bu həyatda, inşallah da itirmərəm.

2. Sevdiklərin və nifrət etdiklərin:
Bütün yaxınlarım və məni özünə yaxın bilənlərdi sevdiklərim.
 
Nifrət etdiyim isə yox, sadəcə xoşum gəlməyən insanlar var. Sözləri və ya bir hərəkəti ilə gözümdən düşən insanlar. Onlarla da çox ünsiyyətdə olmamağa çalışıram.

3. Dostun və düşmənlərin
Lap yaxın dostum yoxdu. Mən dostluğa onanmıram. Çünki məktəb vaxtı bir rəfiqəm var idi. Mən onunla bütün sirrlərimi bölüşürdüm, amma o yox. Bunu da sonra öyrəndim. Ona görə də inanmıram dostluğa inanmıram. İndi çoxey saxtadı, çoxları iki üzlüdü :-(
 
Düşmənim isə hələ ki, heç kimdən pislik görməmişəm. Bəlkə də mən heç kəslə düşmənçilik etmirəm ona görə :-)

4. Xəyalların və ümüdlərin:
Xəyallarım balalarımın və bacım qızlarının gözəl gələcəkləri ilə bağlıdı. Və ən böyük xəyalım bidənəm, balalarım və yaxınlarım ilə xoşbəxt ola biləcəyim gül çiçək, yaşıllıqlar içində şirin bir evimin olmasıdı. Ümidlərim isə inşallah bu xəyallarım tez bir zamanda gerçəkləşər . Tanrının köməyi ilə

5. Yaşadıqların və yaşamaq istədiklərin:
Yaşadıqlarım ailəmlə, sonra da sevdiyimlə gözəl, unudulmaz günlərim. Mənə verdiyi sevgisi, diqqəti. Yaşamaq istədiklərim isə qızlarımın və bacımın qızlarının xoş günləri.
 
6. Dostun və sevgin:
Dostum da, sevgim də elə bidənəmdi, canım Rzamdı. Bir tək onunla hər şeyimi rahat danışa bilir, bütün dərdimi, incikliklərimi bölüşə bilir, və sözün əsl mənasənda bir tək onunla xoşbəxt ola bilirəm.

7. Unuduqların və unutmağa çalışdıqların:
Yaşadığım heç bir şeyi unutmamışam, sadəcə yadırğamışam. Unutmaq istədiklərim isə yoxdu. Çünki bilirəm ki, yaşanılan heç bir şey unudulmur.
(səs: 1)
Şərhlər: 11
Baxılıb: 2 149
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri