♡Sevgi bağından bir çiçək dərdim♡ - Gülər19

Müəllif: Mr. OffiCeR
Şərhlər: 10
Baxılıb: 2 427
Səs ver:
(səs: 6)
Salam Lahiyyəmizin növbəti qonağı  " guler19 " nikli usermizdir...

1. Adınız soyadnız?
Ağamirli Gülər (gülər 19)

2. Tevəllüdünüz?
1994

3. Sizdə sevgi bağından çiçək dərənlərdənsiniz?
Bəli bəli

4. Sevgi nədir sizcə?
Mənim fikrimcə sevgi dostluqdur yaxşını pisi paylaşmaqdır. Onun başına nəsə bir iş gələndə yuxularını fəda etməkdir. Sevginə sahib çıxmaqdır. Yeri gələndə qısqanacaqsan yeri gələndə onun üçün çox darıxacaqsan. O güləndə onun gülüşü səninçün elə belə bir şey olmayacaq o güləndə sən ondanda xoşbəxt olacaqsan daim gülməyini istəyəceksen. Bir yerə gedəndə biraz gec gələn kimi heçnədən narahat olacaqsan boğazından bir tikə belə keçməyəcək onunçün dualar edəcəksən Onun hər zaman başının üstündə olmağını istəyəcəksən. O evə gələndə isə Tanrına şükr edəcəksən onu elə qucaqlayacaqsan ki elə bil neçə ildi görmürsən.Bunların hamısı başıma gəlib Mən həyat yoldaşımı çox sevirəm.

5. Hansı soyada sahib olub daşımaq istərdiniz?
İndi o soyadı daşıyıram

6. Sevdiyiniz şəxslə ilk tanışlıqnız?
Ay çox uzundu. Suzananın ( Mənim sevgi hekayəm)layihəsi var ora yazmışdım. Burdakı dostlarım bilir yani

7. Sizcə sevdiyiniz sizi necə xoşbəxt edə bilər?
çox sadə Yanımda olsun məni sevdiyini desin ama ürəkdən 4-cü suala yazdıqlarımı oda mənə qarşı hiss etsın. Bu bəsimdi

8. Xoşbəxt olmaqçun sevgi yeterlimi?
Xoşbəxt olmaqçun bəli sevgidə olmalıdı. Tək sevgi yetmir məncə Ailədə qarşılıqlı hörmət olmalıdı. Məni xoşbəxt etmək istəyən insan mənə hörmət etməlidi. Hər bir çətinlikdə əsəbləşməməli bunada şükr deməlidi. Sevindiyində ALLAHa təşəkkürü yaddan çıxarmamalı. Yaxşılıq etməyi sevməli qarşılıq gözləməməlidir. Pisliyə isə heç vaxt pislik etməsin. Əgər pisliyə pisliklə cavab versə demək oda onun tayıdı. Bu gözəl sözləri mən həyat yoldaşımdan öyrənmişəm.

9. Deyirlər insan həyatda bir dəfə sevir sizə görədə bu belədir?
Məncə yox

10. Sevgini anlatmaq mümkündürmü?
sevgini elə sevgiylə anlatmaq lazımdır.

11. İlk məhəbbət uğursuzdur deyirlər razısınızmı bu fikirlə?
Mənim ilk məhəbbətim elə həyat yoldaşım olub. Əsl sevgi hislərini onun sayəsində yaşamışam. çox uğurludu yani

12. Əsil sevgi qovuşmayanlarındır bəs sizcə?
Elə deyil Bəzən elədə olur ama əsl sevgi elə qovuşanlarındır

13. Sevginin gözəl olan duyğuları tüm əzabları keçmək üçün yetərli bir gücmüdür?
Bəli. Biz həyat yoldaşımla yaxşı gündədə pis gündədə bir birimizin yanında olduq. O bezəndə mən onun yanında oldum əlindən tutdum hər şey düzələcək dedim mən bezəndə o məni danladı ALLAHın acığına gedir belə etmə dedi əlimdən tutdu Pis gündədə yaxşı gündədə sənin yanındayam dedi və bu günümüzə min şükr etdik.

14. Sevgin üçün nələri qurban verərdin?
ne lazımdırsa onu

15. Sevginlə bağlı ən böyük arzun?
Bir uşağımız olmağını çox istəyirəm

16. Sevgi mələyindən nə diləyərdin sevginə dair?
Miryusifimlə məni bir ömür boyu xoşbəxt etməsini

17. Sevgidə verə biləcəyin hər hansı bir məsləhət?
Sevgi ürəkli olana yaraşır. Ürəkli olun sevginizə sahib çıxın. Əgər sahib çıxmısınızsa onu bir ömür boyu xosbəxt edin.

18.Lahiyədən və suallardan razı qaldınızmı?
Çooooooox çox gözəl layihədi

19. Mənə sevgiylə bağlı hər hansı bir sualınız?
Bülbül gülü sevdiyi kimi siz kimi sevirsiniz
( cavab: Mən ELçiNi SeViRəM həMdə dəLi kimi  aRZuM209)

20. Sonda sözünüz?
Hər kəsə bütün qadınlar.biz bacılarıma əsl sevgi arzu edirem
 
 
Mümkünsə bir parca şeir....

L- al olmuş sözlərin yoxdursa sonu
O- nun davamını səndən istərəm
V- erdiyim sözlərin baş hərfin oxu
E- nməsin zirvədən sevginin sonu.
Bu şeiri özümdən qoşmuşam ümüd edirəm bəyənərsiz.

Gülər xanım cavabların üçün təşəkkür edir xoşbəxtlik arzulayıram..Lahiyyədə iştirak etmək istəyən şəxsi ismarıcLa aRZuM209 nikimə yaza bilər...
(səs: 6)
Şərhlər: 10
Baxılıb: 2 427
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri