Qadınlar.biz-in yeni il təbrikləri (2-ci hissə)

Müəllif: arzum-aysum
Şərhlər: 15
Baxılıb: 4 733
Səs ver:
(səs: 3)
Qadınlar.biz-in yeni il təbrikləri (2-ci hissə)

guler19
Hər yeni il təzələnən ümidlərin, çoxalan sevgilərin xəbərçisidir. 2015 ili də belə olsun. Qadınlar. biz bacılarıma istədikləri hər şeyin hər bir arzunun gerçəkləşməsini arzu edirəm. İnşALLAH bu yeni ildə hamının qazanı dolu çaydanları isti olar. Yeni ildə bütün insanlara həyatı sevə bilmək sevgini qaçırmamaq kaşki deməmək üçün və onları gerçəkləşdirəcək zaman xoşbəxt illər arzu edirəm.

Şaxta babadan da istəyim ailəmin sevdiklərimin həyat yoldaşımın həmişə uca REBBİMİN köməkliyi ilə başımın üstündən əskiy etməsin hər zaman yanımda olsunlar və ürəyimdə bir arzum var inşALLAH o arzum tez bir zamanda ALLAHın köməkliyi ilə gerçək olmasını isteyirım amin.Bu qədər. Çox sağol canım RƏBBİM sənin iki gül balanı qorusun Onları uzun ömür can sağlığı ilə böyüdəsən inşALLAH sizində ürəyinizdə nə arzularınız varsa çin olsun amin.....



kespixo
Canım yeni ildə hər kəsə gözəl huzurlu günler arzu edirəm. inşallah 2015ci il hamımızda gözəl xatirələrlə yadda qalar. yenil il hər kəsə yeni xoşbəxtliklər gətirsin. mənim yeni ildə arzum odur ki, inşallah bu il bütün xəyallarım gerçəkləşər və xəyalım gerçəkləşsə inanıram ki bu il mənim üçün çox gözəl bir il olacaq. ən əsas da yeni ildə bütün müharibələrin bitməsini istəyirəm... nəyseə istəyim çox oldu deyesen yeni ildən... yarısını da saxlayım sonrakı illərə...



medine yusif
mənim arzum budur ki, 2015 bütün müsəlman ailələrinə sevinc, ruzi, bərəkət, xoşbəxtlik gətirsin... bu yeni il hər kəsin həyaında ən gözəl, ən xoşbəxt il kimi tarixə yazılsın... övladı olmayanlara Allah övlad nəsib etsin... mavi gozlum, miss oxatan , guler 19, anuka bacılarıma da inşallah... Allah bu saytın bütün qızlarını sevindirsin bu yeni ildə. Allahdan sənə də bu 2015 ci ildə ürəyinə görə mənzil arzulayıram inşallah...

Allahdan arzum budur ki, Allah hamını xoşbəxt etsin o cümlədən bizi də. yoldaşıma can sağlığı uzun ömür ruzi versin. biz də balamızı sağlıqla böyüdək inşallah... bizə çoxlu övlad nəsib etsin inşallah biz də hamısını layiqincə böyüdək...



svetoklana
Salam əziz şaxta baba! Necəsən? mənəm nəvən svetok)))

Deyirəm ay şaxta baba, nə vaxt hədiyyə istəmişəmsə ömrü boyu aradan çıxmısan... Amma səni qınamıram, təqsirkar mənəm .... Səbəb isə odur ki, mən həmişə sənə məktub yazanda səhvən Cənub qütbünə yolluyurdum... amma səhv bilmişəm eee ... Sən Şimal qütbündə yaşayırmışsan... Babacan söz aramızda, yaman gəzəyənsən haaa))) Nəysə... mən bir-bir hədiyyə istəməyə keçe bilərəm artıq....

Şaxta baba səndən bir dənə gitara istəyirəm...çəhrayı rəngdə olsun)) Bundan başqa səndən o tapılmayan bahalı kitablarımdan istəyirəm ... Müəllimlərimə ve dekana insaf istəyirəm... Çoxlu-çoxlu pullar istəyirəm... Şaxta baba mən səndən bunları istəyirəm....İstədiyim hədiyyələri gətirməyən kişi deyil... Nəysə seni çox tutmayım....get işni quruşkaynan kef ele... Hə bu arada evimizdə kamenin yanına dünənnən qalan cırıx corab asmışam... İşdir hədiyyəmi ora qoysan düşəcək yere.... Xəbərdarlıq elədim sadəcə... Hə bir də ki, yolkamızın altına peçenya ile süd qoymuşam.... bir şüşə də tut arağı qoymuşam,..... Sizə yazığım gelir eeee Adam gündə nə qədər süd, peçenya yeyər.....?! Sağ ol ay şaxta baba..... Gələndə xəbər elə, yemək zad bişirim sənə... Sagol



Omrumun Ureyi
Daha bir yeni ilə qədəm qoyuruq:) Arzum budur ki bu yeni il hər birimizə düşərli, xeyirli və uğurlu olsun. Ürəyimizdə nə arzularımız varsa bu ildə hamısı həyata keçsin :) bütün qada-baladan, pis hadisələrdən, pis əhval-ruhiyyədən uzaq olaq. Yeni il hamımıza sevinc, xoşbəxtlik, ailə səadəti, gözəlliklər bəxş eləsin.

Şaxta babadan da arzum budur ki hər kəsin, hamımızın yolkasının altına xoşbəxtliyi hədiyyə qoysun:)

Xoş gəlib səfa gətirirsən 2015. Amma bir zəhmət gözəlliklərlə gəl:)



Miss_Oxatan
Yeni ildə bütün qadınlar.biz xanımlarına əsl qadın xoşbəxtliyi diləyirəm, can sağlığı ən əsasdır hamımızın canımız sağ olsun. sağlam olaq. Allah analarımızı, atalarımızı, baci-qardaşıarımızı qorusun, var olsunlar həmişə bütün əzizlərimiz və doğmalarımız. Qürbətdə olanlar bir-birlərindən, həmişə əzizlərindən və ailələrindən xoş sədalar eşitsin. ərlərimizin canı sağ olsun, ürəyimizdə olduğu kimi, yanımızdan və başımızın üstündən əskik olmasınlar İnşAllah. Ruzili,bərəkətli halal çörək gətirmək qismət olsun hamısına. bir birimizə sevgimiz, hörmətimiz artan istiqamətdə hərəkət eləsin. Nişanlı və sevgili olanları Allah qovuşdursun. Övladı olanların balaları sağ salamaat böyüməyi davam etsin. Olmayanlara da içi mən qarışıq Allah bu il bu gözəl hissi yaşamağı nəsibi qismət eləsin İnşAllah. Allahın izni ilə bu il İmamımız Zühur eləsin. Amin.



tatyana
bütün insanlara yeni ildə xoşbəxt həyat arzu edirəm, hər kəsin ürəyində nə arzusu var həyat gerçəyinə çevrilsin. başda sən olmaqla can bacım. şaxta babadan yalnız sakit həyat istəyirəm ailəmlə birgə firavan yaşayım



lili)
mənim arzum üzümüzə gələn bu yeni il hamımıza düşərli olsun. bolluq əmin amanlıq olsun. bir diləyim də bir problemim var o həll olsun inşallah inanıram ki, olacq da.



Şirin_şeytan
bollu şakalatlı il olsun həmşəki kimi uniye girmek. iNŞALLAH GIRƏRƏM. baş bəlam xalam qızıynan (love history)ağıl, sonra daa ağlimızdakı suallara cvb tapmaq.
Bütün qadinlar.bizin qızlarını təbrik edirəm admin bəyi dəə...INŞALLAH təzə il hamımıza uğur gətirər problemlər bu ildə qalar öpdüm qızlar ))



ece uslu
2015-ci il hər birimizə uğurlu və düşərli olsun gəlişi ilə hamımıza xoşbəxtlik, ruzi- bərəkət gətirsin



AZERi QIZI...
mən bütün QADINLAR.BIZ ailəsini həmrəylik günü və yeni il münasibəti ilə təbrik edirəm. inşallah bütün dərd, kədər, qəm 2014cü ildə qalar, yeni ilə xoş ümidlər, arzularla keçərik. kimin nə arzusu varsa həyata keçər inşallah. 2015ci ilin sağlamlıq, xoşbəxtlik, müvəffəqiyyət və bol qazanc gətirməsi diləyi ilə sevinc dolu illər arzu edirəm.

şəkər kimi şirin, nağıl kimi gözəl bir il diləyirəm... yeni iliniz mübarək

(səs: 3)
Şərhlər: 15
Baxılıb: 4 733
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri