Səni Axtarıram - Qlamurr

Müəllif: Miss_Oxatan
Şərhlər: 17
Baxılıb: 2 319
Səs ver:
(səs: 8)

ƏzizQadınlar.Bizəhli.Düşündüm,daşındım hüzurunuza bir lahiyə ilə çıxmaq istədim."Səni Axtarıram".Həyatınızın müxtəlif mərhələrində,məktəb illərində,tələbəlik illərində,kişi olsaydınız deyərdim əsgərlik illərində))),iş həyatınızda və s.ola bilsin ki,bir rəfiqə(lər)niz,dost(lar)ınız,yaxınız,ya da ailədən,qohumlarınızdan hər hansı doğmanız,qohumunuz olub ki,o insan(lar)dan hər hansısa səbəbdən ayrı düşmüsünüz,əlaqəni itirmisiniz.Lakin o insanı yenidən tapmağı,əlaqə yaratmağı çox istərdiniz.Həyatınız da belə bir məqamla üz-üzəsinizsə buyurun bizimlə paylaşın.Ancaq öncə özünüz haqqınızda mümkün dərəcə də məlumat verin,çünki ola bilər həmin şəxs(lər) təsadüfən rast gəlib oxuyar və nəticə də bir-birinizə qovuşa bilərsiniz.Daha sonra isə mütləq o insan(lar) haqqında yazın, kimdir,sizin nəyinizdir,necə tanış olmuşdunuz və necə oldu ki,ayrı düşdünüz.Ətraflı yazsanız daha məqsədə uyğun olacaq.Azəri şriftilə yazmağınızı arzu edirik.İştirak etmək istəyən qeyd etdiyim şəkildə yazıb mənə şəxsi ismarıcla göndərsin.İnşAllah heç kəs bir-birindın ayrı düşməsin,Rəbbim hər kəsi qovuşdursun.

 

İndi isə axtarışda olan xanım qızımız Qlamurr niki altında fəaliyyət göstərən Güneldir.Günel öz uşaqlıq rəfiqəsini axtarır.


"Salam Xoşqədəm xanım :122: .Hə bacı demək belə mənim axtarmaq istədiyim bir insan var,düşünürəm ki,sənin bu layihən bir vəsilə oldu.Axtarmaq istədiyim uşaqlıq rəfiqəmdi.Mən Günel axtarıram,uşaqlıq dostum Fərhadlı Şəhanəni.Bizim dostluğumuz 5-6 yaşımızdan başlıyıb.Aramızda bir yaş fərq var.Çox şirin-şəkər,həm də çoxbilmiş qız idi :hopp: ,bizi birləşdirən də məhz bu cəhət idi.Bina evində yaşıyırdıq,demək olar ki,məhlənin ən balaca yaşlı qızlarıydıq.Böyük qızlar bir-birlərilə yoldaşlıq edirdi,bizi uşaq sayırdılar.Biz də forslana-forslana :angel_mini: dostluq edirdik..Bütün yay tətilini bir yerdə keçirirdik.Nəysə ki,illər keçdi böyüdük,biz evimizi dəyişib həmin binadan köçdük.Düzdü qonşu olmasaqda məktəbdə görüşürdük.Beləcə illər keçdi,məktəbi bitirdim,Ali məktəbə qəbul oldum.Məndən bir il sonra yəni 2007-ci ildə da o məktəbi bitirdi.Həmin ildə Tibb Universitetinə qəbul oldu,axırıncı telefon əlaqəmiz də onda oldu,zəng edib təbrik etdim.O gündən əlaqəmiz yoxdu.Ancaq keçən il bir məlumat aldım ki,rezidanturada oxuyur.Çox istiyirəm ki,yenidən əlaqəmiz yaransın..."

(səs: 8)
Şərhlər: 17
Baxılıb: 2 319
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri