Ömrümlə keçirtdiyim mənalı 3 ilim :)

Müəllif: Barbaris
Şərhlər: 15
Baxılıb: 3 003
Səs ver:
(səs: 0)
Salam saytımızın gözəlləri, bu gün mənim üçün çox özəl gündü, bu günümü sizlərlə bölüşərək xatirələrimi yeniləmək istədim, qeyd etdiyim sözlərin hər birini sizlərlə bölüşdüyümdə üzümdə özümün də anlamadığım gülümsəmə oldu:)

Ömrümlə keçirtdiyim mənalı 3 ilim :)


Sözü çox uzatmadan özəl günümü sizlərə bildirim. Bu gün mənim həyat yoldaşımla evliliyimin düz 3 ili tamam oldu. 2013-cü ilin 12 oktyabr`inda sevdiyimlə evlilik yoluna addımladıq, hisslərim qarışıqıydı, yarı sevinc, yarı qorxu hissləri yaşarkən artıq 3 ilimi tamam etdik



Onu sevdiyim üçün çox xoşbəxtəm. Bilirəm ki, o məni dünyalar qədər, dəlicəsinə sevir və mənə özü qədər inanır. Çox xoşbəxtəm. Hər şeydən çox razıyam. Gözəl şirin Omar`imiz var Allah bu xoşbəxtliyi mənə çox görməsin.



Bu 3 ildə səninlə keçirtdiyim hər günümə şükür deməyi mənə bəxş etdinsə bax sırf o sözlərimə görə sənə minnətdaram, çox söhbətlərimiz oldu, bəlkə bu söhbətlərin səbəblərinin bir çoxu mənim qısqamclıqlarımdı :) amma neyləyə bilərəm "Sevən insan qısqanar" deyillər, məndə səni çox sevirəm və sevdiyim üçündə qısqanıram:)



Yaraşıqlım mənə olan baxışların neçə ilimizi qeyd edərsək edək heç zaman solmasın, sevgin azalmasın əksinə artsın, ailəmiz zaman keçdikcə örnək verə biləcək ailə olsun.... Amin İnşallah !







(səs: 0)
Şərhlər: 15
Baxılıb: 3 003
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri