Qadınla.Com qızlarının arzuları - Lusi (2)

Müəllif: Ay_işığı
Şərhlər: 20
Baxılıb: 3 562
Səs ver:
(səs: 1)

Hər kəsə Allahın Salamı olsun bacılar necəsiz?:03:

Qadınla.Com qızlarının arzuları - Lusi (2)
Bu dəfə də bir bacımız öz arzularını yazıb Allah İnşAllah xeyirlisini nəsib edər Amin İnşAllah

Gəlin Lusi bacımızın arzularını oxuyaq:




İlk əvvəl, hər kəsə salam ^^

'Arzudan arzu doğar' deyib atalar, bu misalı çəkərək öz arzularıma başlamaq istəyirəm.

Yeniyetmə olanda arzularımdan biri tələbə adını qazanmaq idi. Çox şükür buna nail olub, tələbə adını qazandım. Daha sonra başladı gənc qızın xəyalları :) Xəyallarımda həmişə özümə arzu edirdimki gələcəkdə evlənəndə çox gözəl bir ailəm olsun. Gələcək yoldaşım məni başa düşüb, mənə dəstək çıxsın. Yersiz qadağalar qoyub, mənim azadlığımı əlimdən almasın. (Azadlığıma olduqca düşgün bir insam) Allahıma yenə şükürlər olsunki bu arzumda yerinə yetdi. Ətrafımızdakı hər kəsi qısqandıracaq, yaxşı mənada dillərdən düşməyəcək bir ailəyə, bir yoldaşa sahib oldum. Həmişə düşünürdüm nikah toyumda olsun. Ən böyük arzum idiki nikah şəhadətməsin yuxarı qaldırım) Bu da yerinə yetdi)
Amma yerinə yetməməkdə olan arzularımda var. Arzularımdan biri işləməkdi( İşdə tapılmır... Tapılanlarda məktəb işi deyil, deyə qəbul etmirəm.
Sonra bir kitab çıxartmaq istəyirəm. Ki, bu əslində əlcatamaz bir sey deyil mənim üçün. Sadecə zaman lazımdı. Məndə zamanı gözləyirəm :)
Bir gün hamının o kitabı alıb oxuyaraq özünə kicik bir dərs çıxarmasını, çox arzulayıram.
Arzu edirəm ki, sacları qıvırcıq olan gözəl bir qızım olsun. Hansı ki, O qızın anası mən olacam, deyə özünü çox şanslı hiss edəcək. Onu müxtəlif sahələrdə hazırlaqlara, yarışlara qoyacam. 'Mənim Qızım' olacaq deyə, çoxlu uğrular və nailliyyətlər əldə edəcək^^

İndi düşünürəm,
Bu arzularım yerinə yetdikdən sonra, hansı arzuları düşünüb, istəyəcəm?

Ps. Lahiyəndə yer verdiyin üçün xüsüsi təşəkkürlər Bacı'can ❤



(səs: 1)
Şərhlər: 20
Baxılıb: 3 562
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri