Pəhriz ac qalmaq demək deyil

Müəllif: Mr. OffiCeR
Şərhlər: 1
Baxılıb: 3 362
Paylaş:
Səs ver:
(səs: 0)
Pəhriz ac qalmaq demək deyil.

Demək olar ki, bütün pəhriz saxlayan insanlar özlərini ceşıdli ərzaqlardan məhrum edir. Xüsusən də qadınlar tez nəticə əldə etsinlər deyə, aclıqla oz səhhətlərinə "meydan oxuyurlar". Bu, kökündən yanlış yanaşmadır. Ilk olaraq bilin ki, artıq cəkiniz varsa, onunla mübarizəyə konkret pəhrizlər silsiləsinə baş vurmadan öncə bir neçə sadə qaydalara əməl edə bilərsiniz.
Karbohidratlara yox deyin. Çünki məhz karbohidratlar artıq çəkinin "açarıdır". Bura qənnadı, un məmulatları, kartof, şirin qazlı içkilər, müxtəlif şirniyyatlar, ağ çörək, makaron və basqaları aiddir. Iştahı artıran vasitələrdən - ədviyyatlar, duz, hisə vərilmiş məmulatlar, yağlı və qizardılmış yəməklərdən imtına edin. Menyunuza meyvə, tərəvəz, sıyıqlar, yağlılığı az olan süd məhsullarını daxıl edin. Sutkada ən azı 2 litr su içmeək vacibdir.
Sağlam qidalanmanıin başlıca şərti-qida qəbulu vaxtlarıdır. Maddələr mübadiləsinin qaydada olması üçün gəcələr yemək olmaz, sonuncu qida qəbulu yatmazdan 2 saat evvəl olmalı, bəzən alınmasada hər gün eyni saatda yemək yeməyə çalışmaq lazımdır. Mədəni bir dəfəyə çox yeməklə yükləməkdənsə, az porsiyalarla gündə 4-5 dəfə qidalanmaq daha faydalıdır.
Mono pəhrizlər.
Mono pəhriz tərkibində yalnız 1 ərzaq olan pəhrizdir - alma, kök, qatıq və digər ərzaqlardan biri buna misaldır. Bu cür pəhrizə mütəxəsis nəzarəti olmadan başlamaq qətiyyən olmaz. Belə pəhrizdən sonra "şoka" düşmüş orqanizm (əgər ciddi nəzarət olmazsa) az bir müddətdə piy ehtiyyatə toplayır və çekiniz daha da çox artır. Mono pəhriz ağır olduğu ücün müddəti 4-7 gündür. Bundan sonra piylənməmək üçün mono pəhrizin ardınca az kalorili pəhrizə başlayıb və idman edilersə, artıq piylərdən, kökəlməkdən söz gedə bilməz. Əksinə, ikiqat yaxşı nəticə əldə etmek danılmazdır. Az kalorili rejimlə qidalanmanın müddəti 2-3 ay ola bilər. Bu cür qidalanma orqanizmi yormur, zərərsizdir. Adından da göründüyü kimi, az kalorili pəhriz sutkalıq kalori tutumu aşagı olan menyudan istifadə etməklə icra olunan rejimdir. Burada demək olar ki, bütün dadlı nemətlərdən (qlikemik indeksi aşağı olan ərzaqlar) istifadə olunur. Lakin çox ağıllı şəkildə. Heç bir pəhriz və sağlam qidalanma rejimi yüngül də olsa idman hərəkətləri edilməsə ,nəticə vermir. Bunun üçün fitnes və trenajor zallarında məşqçi nəzarəti ileə məşq etmək məqsədəuyğundur. Buna vaxt ayıra bilməyənlər evdə səhər gimnastikasə və axşam 30-40 dəqiqəlik yürüş etsinlər. Pəhriz zamanə mədənizə korluq verməyin. Təcrübəli dietoloq, sağlam qidalanma mütəxəssisi və ya idman nutrioloqu ilə ciddi məsləhətləşmələr aparın. Ən başlıcası isə həkim müayinəsidir. Qastroenteroloq, terapevt müayinəsindən keçin, gərəkən analizləri verin. Həkimin rəyi və yekun nəticələrdən sonra müvafiq şərtlərə uyğun pəhrizlərə başlayın. Bele olarsa gözəlləşmək üçün orqanizminizə zərər verməzsiniz, sağlam şəkildə arıqlaya, bəzi səhhət problemlərinizi həll edərək daha rahat, özunə inamlı, həmçinin digərlərinə örnək olaraq yaşaya bilərsiniz. Unutmayın-gözəllik kosmetik prosedurlar deyil, sağlamlıq gözəllikdir!

 

 

 

 

 

(səs: 0)
Şərhlər: 1
Baxılıb: 3 362
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri