Yapı Kredi Bank Azərbaycan Marketoloqlar üçün tədbir keçirir

Müəllif: Mr. OffiCeR
Şərhlər: 3
Baxılıb: 1 632
Paylaş:
Səs ver:
(səs: 0)
Ölkəmizdə iqtisadiyyyatın inkişafına təsir edən əsas qüvvələrdən biri də Marketinq sahəsidir.  Son dövrlərdə daha da populyarlaşan marketinq sahəsininAzərbaycanda da mütəxəssislərinin sayı artır və dünyada baş verən yeni trendlər, yeni marketinq gedişləri, sosial media aktivlikləri ölkəmizdə də hiss edilir. Xüsusilə, Bank, sığorta, ərzaq malları, tikinti, informasiya texnologiyaları və kommunikasiya sektorları cari müştərilərini itirməmək və yeni müştərilər əldə etmək üçün bu sahəyə tez tez müraciət edirlər.
Son illərdə pərakəndə bankcılığın, xüsusilə də taksit kartlarının aktivliyi bankların digər sektorlarla-parfümeriya, geyim, ev əşyaları, telefon və kompüter, turizm, restoranlar sıx əməkdaşlığına da gətirib çıxardı.
Yapı Kredi Bank Azərbaycan da kredit kartı markası olan Worldcard platforması çərçivəsində yuxarıda qeyd etdiyimiz sektorlarla əməkdaşlıq edərək 2000-dən çox geniş alış-veriş şəbəkəsinə malikdir.  Müxtəlif reklam kampaniyaları hazırlayaraq sosial media, radio və digər online və offline kanallarda sevimli Vadaa maskotu vasitləsilə bizlərə xüsusi təkliflər edən Worldcard bu dəfə  fərqli bir yanaşma göstərərək, World Üzv Ticarət Obyektlərinin də iştirakı ilə WORLD Marketinq Günü tədbiri keçirir. Sayca ikinci olan tədbir bu il 22 Sentyabrda Hilton otelində baş tutacaqdır. Tədbirin əsas məqsədi BankınWorld Üzv Ticarət Obyektləri ilə ortaq müştərilərinə müasir marketinq həlləri vasitəsilə ilə daha effektli xidmət göstərməkdir.  Qeyd edək ki, tədbirin yeganə media dəstəkçisi Facemark.TV internet televizya portalıdır
Tədbirdə Azərbaycandan və Türkiyədən marketinq və kommunikasiya sahəsində yüksək təcrübəyə malik Ozan Kuşçu və Emin Vəliyev çıxış edəcəklər. Spikerlərin toxunacağı əsas mövzular aşağıdakılardan ibarətdir:
• Müsbət müştəri təcrübəsinin yaradılması
• Məhsulla yanaşı müsbət duyğunun satılması
• Marka "Vəkilinin” və  "Səfirinin” yaradılması
• İşçilərətətbiq edilən motivasiyanın müştərilər üzərində müşahidəsi
• Məhsula emosional dəyər alavə etməklə müştəri qəlbininin fəth edilməsi
• Kontent Marketinq
• Yeni və ənənəvi marketinq vasitələri

Qeyd edək ki, Azərbaycanın tanınmış marketoloqlarının dəvət edildiyi tədbirə gələ bilməyənlər facemark.tv portalı vasitəsilə internet üzərindən canlı izləyə biləcəklər. Tədir bitdikdən sonr Hilton otelində marketoloqların tanış olması və müzakirələr apara bilməsi üçün kokteyl təşkil ediləcəkdir.

(səs: 0)
Şərhlər: 3
Baxılıb: 1 632
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri