Bakcell şirkətinin təşkil etdiyi “Smart Start” təcrübə proqramı başa çatıb

Müəllif: Mr. OffiCeR
Şərhlər: 1
Baxılıb: 2 122
Paylaş:
Səs ver:
(səs: 0)

Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkətində "Smart Start” təcrübə proqramı çərçivəsində təcrübə keçən gənclər proqramı uğurla başa vurublar.

Bakcell şirkətinin 18-25 yaş arası tələbə və məzunlar üçün təşkil etdiyi "Smart Start” təcrübə proqramı çərçivəsində 32 nəfər gənc insan resursları, informasiya texnologiyaları, hüquq, texniki, mühasibatlıq, marketinq, müştəri xidmətləri, təchizat və logistika, tənzimləmə və dövlət qurumları ilə iş, korporativ satış, biznes texnologiyaları, pərakənda satış və distribusiya şöbələrində təcrübə keçərək peşəkar iş karyerasına başlamaq üçün faydalı olan bilik və bacarıqlara yiyələniblər.

İki aylıq proqram ərzində gənclər qeyri-neft sektorunun ən böyük investorlarından olan Bakcell şirkətində çalışaraq ən müasir biznes mühiti ilə tanış olublar. Təcrübə proqramının başlanğıc mərhələsində iştirakçılar praktiki biliklərini və işə hazırlıq bacarıqlarını artırmaq üçün təşkil olunan biznes etikasi, karyera inkişafının planlaşdırılması, sağlamlıq, əməyin təhlükəsizliyi və ətraf mühit, vaxtın səmərəli bölgüsü, effektiv kommunikasiya, özünü kəşfetmə və təcrübəçilərin gələcək peşəkar fəaliyyətlərində zəruri olan müxtəlif təynatlı təlimlərdə iştirak ediblər.

"Iki il ərzində proqramda iştirak etmək istəyən gənclər tərəfindən 3000-ə yaxın müraciət qəbul etdik və onlaramaksimum dərəcədə şans verməyə çalışdıq. Keçən il 22, bu il isə 32 nəfər təcrübəçimiz olub. Gənclərin peşəkar bacarıqlarını inkişaf etdirmək üçün "Bakcell”i seçməsi bizi çox sevindirir. Milli operator olaraq ölkə gəncliyinə dəstək verməyədavam edəcəyik. ”, deyə "Bakcell”in baş icraçı direktoru Riçard Şirer bildirib.

"Smart Start” proqramın məzunları isə Bakcell haqqında fikirlərini bölüşüblər:

Elvin Nürəddinli: "”Smart Start” proqramı mənim gələcək peşəkar karyera planlarımda olduqca böyük rol oynadı. Mən gələcəkdə özümü inkişaf etdirəcəyim prioritet sahələri müəyyənləşdirdim və əla dostlar qazandım”.

Simuzər Mahmudova: "Uzun müddət nəzəri olaraq əldə etdiyim bilik və bacarıqları real iş mühitində tətbiq etdiyimə görə olduqca şadam. Karyerada ilk addımlar üçün "Smart Start” proqramı gənclər üçün əla şansdır.

İbrahim Niftiyev: "Bu iki ay ərzində Bakcell ailəsinin bir hissəsi olduğuma görə çox şadam. Təcrübə proqramı ərzində olduqca dəyərli bilik və bacarıqlar əldə etdim”.

Leyla İsayeva: "İxtisasca müəllimə olsam da, özümü iş həyatında sınamaqla dəyərli təcrübə əldə etmiş oldum. Əminəm ki, əldə etdiyim bilik və bacarıqlar uğur qazanmağımda müstəsna əhəmiyyət daşıyacaq”.

Smart Start proqramında təcrübə müddəti 2 ay olmaqla, həftədə 5 tam iş günüdür. Proqram iştirakçıları nəqliyyat və qida xərclərini qarşılamaq məqsədilə 2 ay müddətində "Bakcell”dən təqaüd alırlar. Proqramın sonunda gənclər proqramda iştirak haqqında sənədlə təmin olunurlar.

Qeyd edək ki, Smart Start proqramının bütün məzunları Bakcell şirkətində açılan iş yerlərinə potensial namizəd hesab olunurlar. Ötən il təcrübə proqramını müvəffəqiyyətlə başa vuran gənclərdən 5 nəfər artıq Bakcell şirkəti tərəfindən işlə təmin olunub. Proqramın builki məzunlarından da bir neçəsinin işlə təmin olunması gözlənilir.

***

Bakcell haqqında
Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti müasir mobil kommunikasiya xidmətləri istifadəçilərinə geniş çeşiddə məhsullar təklif edir. Bakcell, Sür@ ticarət nişanı adı altında öz abunəçilərinə ən mükəmməl 3G mobil internet xidməti göstərir.
Ölkənin qeyri-neft sektorunun ən iri investorlarından biri olan Bakcell, ən son texnologiyalar və abunəçilərinə xidmət edən insan resursları vasitəsilə Azərbaycan iqtisadiyyatına böyük həcmdə sərmayə yatırmaqda davam edir.
Bakcell şəbəkəsi əhalinin 99%-ni, ölkə ərazisinin isə 93% -ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir. İnnovasiyalar sahəsində lider olan Bakcell şirkəti öz Sür@ xidməti və yeni əməkdaşlıqlar vasitəsilə Azərbaycan xalqını ən yüksək səviyyəli mobil internet xidmətləri ilə təmin edir. Bakcell şirkəti məşhur beynəlxalq "The Business Year” nəşri tərəfindən "İlin Mobil İnternet Provayderi” elan edilib.
1000-dən artıq 3G stansiyaları sayəsində "Bakcell”in 3G xidməti əhalinin 80%-ni, ölkə ərazisinin isə 55% -ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir və bütün bölgələrdə təklif olunur. 300 pərakəndə satış nöqtəsi və paytaxt və bölgələrdə fəaliyyət göstərən 5 Müştəri Xidməti Mərkəzində Bakcell abunəçilərinə ən üstün müştəri xidməti göstərilir.
Bakcell və onun məhsul və xidmətləri haqqında ətraflı məlumat əldə etmək üçün, xahiş edirik, www.bakcell.com internet səhifəsinə daxil olun və ya 555-ə zəng edin. Press-relizlərlə tanış olmaq üçün www.bakcell.com/az/news (və ya İngilis dili üçün www.bakcell.com/en/news) səhifəsinə daxil olun.
Qeyri-Bakcell abunəçiləri isə 055 0000 555 nömrəsinə zəng etməklə Bakcell-in xidmətləri haqqında məlumat əldə edə bilərlər.

 

 

 

 

 

(səs: 0)
Şərhlər: 1
Baxılıb: 2 122
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri