Gürcüstanın mineral suları: TBİLİSİ

Müəllif: Mr. OffiCeR
Şərhlər: 5
Baxılıb: 2 820
Paylaş:
Səs ver:
(səs: 1)
Tbilisi hər kəsin marağına səbəb ola biləcək çox gözəl bir şəhərdir. Bəzi insanlar üçün Tbilisi - çox müasir paytaxt meqapolisidir, digərləri üçün isə balneoloji kurort. Son onillikdə Tbilisinin haqsız unudulmuş kükürd mənbələrinin şöhrəti geri dönməkdədir. Qeyd edək ki, Tbilisinin müalicəvi sularının adı hələ I əsrin salnamələrində qeyd edilir. SSRİ dövründə minlərlə insanlar buraya dəri xəstəliklərinin, revmatizm poliartridinin və bir çox digər xəstəliklərin müalicəsi üçün gəlirdi. Balneoloji kurort kompleksi 1938-ci ildə Abanotubani rayonunda inşa edilmişdi. Lakin hazırda kompleksin bütün infrastrukturu köhnəlmiş və turistlərə xidmət göstərmir. Buna baxmayaraq kompleks fizioterapiyası, reabilitasiya və terapevtik prosedurlar təklif edən özəl müalicəxanalar və spa-mərkəzləri həmin müalicəvi mənbələrdən fəal şəkildə istifadə edir. Sulfid suları bir çox dəri xəstəliklərini, nevroz və allergiya simptomlarını aradan qaldırır.

Spa-prosedurı qəbul etmək üçün biz də öz növbəmizdə bu yaxınlarda açılmış "SamRaan Spa & Wellness Centre" mərkəzinə yollandıq. Burada altı prosedur otağı (otaqların hər birində buxar vannası var), hamam, sarınma üçün su yatağı, Ölü Dənizin mineralları ilə dolu hovuz, isidilən çöl hovuzu, iki sauna, müxtəlif duş növləri, Himalay duzu ilə duz mağarası, gözəllik salonu və fitnes-mərkəzi. Burada ondan çox masaj növü təklif edilir: tandem-masaj, ayurvedik yağlı masaj, şirovasti, ot kisəciklərilə masaj, isti daşlarla masaj, aromamasaj, detoksikasiya effektli selülitə qarşı fito-aromatik masaj, İsveç masajı, aşiatsu, dinamik tsiqun və ənənəvi Tay masajı. Sözsüz, burada şərab terapiyası da geniş çeşiddə təmsil olunur: sarınma, əla orqanoleptik xüsusiyyətləri olan saperavi üzümü ilə masajlar və maskalar. Prosedur zamanı yalnız tər üzüm, üzüm çəyirdəyi yağı, çaxır mayası, üzüm şirəsi və sıxmaları istifadə olunur. Çaxır terapevtik kosmetoloji prosedurlar dəri möhkəmliyinin və elastikliyinin artmasına, qırışların və qocalıq ləkələrinin profilaktikasına yardım edir, və kapilyarların zəifliyinin qarşısını alır.

Stres, artıq çəki və dərinin solması ilə mübarizə aparmaq məqsədilə spa-mərkəzinin müştərilərinə qırmızı çaxırlı vannalar, çaxırla sarınmalar, çaxır liftinqi və güclü çaxır duşu təklif olunur. Adı çəkilən bütün proqramlar talassoterapiya və ya balneologiya prinsiplərini yalnız bir fərqlə tətbiq edir - onlar yeni üzüm məhsullarının istifadəsinə əsaslanır. Spa-mərkəzinin fəxr etdiyi bir şey daha var - yalnız "canlı" çaxırlar və yalnız emal olunmamış orqanik cəhətdən təmiz üzüm.

Elə buradakı çaxırları da yaddan çıxarmaq olmaz. Çaxırların adları belə musiqi kimi səslənir: "Saperavi", "Rkatsiteli", "Kindzmarauli", "Mukuzani", "Kraxuna", "Mtsvane", "Usaxelauri"... Bəlkə də onların bir-bir öyrənilməsinə bir neçə axşam həsr edib stresi atmaq, əhval-ruhiyyəni qaldırmaq və dincəlmək olar. Gürcü mətbəxinə aid dadlı və ləzziz yeməklərin sayından isə heç danışmayaq...

Səfərinizi tamamilə öz sağlamlıq və gözəlliyinizə həsr etmək istəyirsinizsə Holiday İnn kimi maksimum rahatlıq təklif edən bir otel seçin.

Tbilisiyə hətta bir-iki günlük səfər etsəniz belə Botanika bağına gedib ordakı gül və ağacların xoş ətirlərini qoxulamaq, David dağının təpəsində yerləşən Mtasminda parkındakı nəhəng "şeytan" çarxına minmək, Qədim şəhərin küçələrində gəzmək və yeni abidələrə (müasir dünya arxitekturasının nümunələri) nəzər yetirmək imkanını əldən verməyin. Bunlar hamısı sizin uzun müddət üçün güc, sağlamlıq və yaxşı əhval-ruhiyyə mənbənizə çevriləcək.

Əgər siz sağlamlıq məsələlərindən başqa həm də gözəl və parlaq təəssüratlar, əla xidmət, mədəni proqram və vəhşi təbiətin heyranedici gözəlliyini axtarırsınızsa, o zaman mütləq Gürcüstana getmək haqqında düşünün
(səs: 1)
Şərhlər: 5
Baxılıb: 2 820
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri