“Bakcell”in baş texniki direktoru “İlin texniki direktoru” mükafatının finalçıları arasında

Müəllif: Mr. OffiCeR
Şərhlər: 2
Baxılıb: 2 099
Paylaş:
Səs ver:
(səs: 1)
Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti"World Communication Awards”(Ümumdünya Kommunikasiya Mükafatı)adlı mötəbər mükafatda "İlin texniki direktoru” kateqoriyası üzrə 7 finalçı arasında şirkətinin baş texniki direktoru Yiğit Berktaşınadının yer alması ilə qürur duyur.

"Total Telecom” təşkilatı tərəfindən təşkil olunan "World CommunicationAwards” dünya telekommunikasiya sahəsində təşkil olunan ən nüfuzlu mükafatlardan biridir. Telekommunikasiya sahəsinintəntənəli tədbirlərindən olan təqdimetmə mərasimindəşirkətlər tərəfindənmüvafiqsahədə innovasiyaların tətbiqi, əldə edilən nailiyyətlər və yüksək fəaliyyət nəticələri qiymətləndirilir və dünyaya tanıdılır.

Mükafat qalıbinin adıdekabrın 1-dəİngiltərənin London şəhərində yerləşən Uembli stadionunda keçiriləcəkvə telekommunikasiya sənayesində çalışan 5000-dən artıq rəhbər işçinin iştirak etdiyi təntənəli şam yeməyində açıqlanacaq.

Son bir neçə il ərzində Bakcell şirkəti öz şəbəkəsinin inkişaf etdirilməsinə və genişləndirilməsinə böyük investisiyalar yatırıb. Şirkətin Müştəri Təcrübəsinin İdarə Edilməsi sistemi qoyulan investisiyaları düzgün planlaşdırmaq və müştəri məmnuniyyətinin artırılması istiqamətində prioritet sahələri müəyyən etmək üçün əsas alət kimi xidmət edir. Bu platforma vasitəsilə xidmət keyfiyyətinin yaxşılaşdırılmasınayönəlmiş önləyici tədbirlər görmək imkanına malik olan Bakcell şirkəti daha yüksək keyfiyyətli xidmətlərin göstərir və planlaşdırılmış marketinq kampaniyalarının həyata keçirir. Data trafikinin idarə edilməsi sisteminə qoyulan investisiya müştəriyönümlü, həqiqətən fərdiləşdirilmiş data məhsulları, yeni tariflər və innovativ xidmətlər təqdim etmək üçün geniş imkanlar yaradır. Bu, Bakcell şirkətinin gələcəyinə və sabahın informasiya xidmətlərinə qoyulan bir sərmayədir. Bu və başqa layihələr Bakcell şirkətini Azərbaycanın telekommunikasiya sahəsində texnologiya liderinə çevirir.

Finalçılar və mükafatlar haqqında daha ətraflı məlumatı bu link vasitəsilə əldə edə bilərsiniz: http://www.totaltele.com/view.aspx?C=0&ID=491755

***

Bakcell haqqında
Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti müasir mobil kommunikasiya xidmətləri istifadəçilərinə geniş çeşiddə məhsullar təklif edir. Bakcell, Sür@ ticarət nişanı adı altında öz abunəçilərinə ən mükəmməl 3G və 4G mobil internet xidməti göstərir.
Ölkənin qeyri-neft sektorunun ən iri investorlarından biri olan Bakcell, ən son texnologiyalar və abunəçilərinə xidmət edən insan resursları vasitəsilə Azərbaycan iqtisadiyyatına böyük həcmdə sərmayə yatırmaqda davam edir.
5300-dən artıq baza stansiyası sayəsində Bakcell şəbəkəsi əhalinin 99%-ni, ölkə ərazisinin isə 93% -ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir. İnnovasiyalar sahəsində lider olan Bakcell şirkəti öz Sür@ xidməti və yeni əməkdaşlıqlar vasitəsilə Azərbaycan xalqını ən yüksək səviyyəli mobil internet xidmətləri ilə təmin edir. "Bakcell”in 3G xidməti Azərbaycanın bütün regionlarında mövcud olamqla əhalinin 93%-ni əhatə edir. 250-yə yaxın pərakəndə satış nöqtəsi və paytaxt və bölgələrdə fəaliyyət göstərən 26 Müştəri Xidməti Mərkəzində Bakcell abunəçilərinə ən üstün müştəri xidməti göstərilir.
Son 4 il ərzində ən yaxşı mobil internet xidməti kimi öz təsdiqini tapmış 3G Sür@ xidmətindən sonra, 5 may 2015-ci il tarixində Bakcell özünün 4-cü Sür@ brendinin - 4G LTE xidmətininkommersiya istifadəsinə verilməsini elan edib. Mobil internet sürətinin əhəmiyyətli dərəcədə artmasını təmin edən 4-cü Sür@ xüsusilə mobil olmaq və bütün məkanlarda internetə yüksək sürətli çıxış imkanı əldə etmək istəyən istifadəçilər üçün nəzərdə tutulub.
Bakcell və onun məhsul və xidmətləri haqqında ətraflı məlumat əldə etmək üçün, xahiş edirik, www.bakcell.com internet səhifəsinə daxil olun və ya 555-ə zəng edin. Press-relizlərlə tanış olmaq üçün www.bakcell.com/az/news (və ya İngilis dili üçün www.bakcell.com/en/news) səhifəsinə daxil olun.
Qeyri-Bakcell abunəçiləri isə 055 0000 555 nömrəsinə zəng etməklə Bakcell-in xidmətləri haqqında məlumat əldə edə bilərlər.
(səs: 1)
Şərhlər: 2
Baxılıb: 2 099
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri