Bakcell şəbəkəsi 2015-ci ilin “Ən Yaxşı Mobil Şəbəkəsi” adına layiq görülüb

Müəllif: Mr. OffiCeR
Şərhlər: 5
Baxılıb: 2 075
Paylaş:
Səs ver:
(səs: 4)
Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti 2015-ci ilin "Ən yaxşi mobil şəbəkə” adına layiq görülüb. 2016-cı il 5 fevral tarixində keçirilmiş tədbirdə şirkət "Business Time” jurnalının təsis etdiyi "Azeri Business Award” Milli Mükafatı ilə təltif olunub.
Öz abunəçiləri üçün daha geniş əhatə dairəsinə və daha yüksək ötürmə qabiliyyətinə malik olan şəbəkəni təmin edən Bakcell şirkəti ölkədə ən etibarlı və dayanıqlı şəbəkəyə sahibdir. Bakcell, tezlik daşıyıcılarının birləşməsi texnologiyasından istifadə edən və "LTE-Advance” Kateqoriya 6 xidmətlərini göstərən dünya üzrə 73 şəbəkədən biridir. Təkmilləşdirilmiş Bakcell şəbəkəsi daha yüksək data sürətini (225 Mbit/saniyəyə qədər) dəstəkləməyə və HD Səs kimi innovativ texnologiyaları təqdim etməyə texniki baxımdan tam hazırdır.
2015-ci ilin ikinci rübündə aparılan mobil operator şəbəkələrinin müstəqil keyfiyyət monitorinqinin (bençmarkinq) nəticələrinə görə, Bakcell yüksək keyfiyyətli səs rabitəsi, dayanıqlı internet əlaqəsi və yüksək sürətli LTE şəbəkəsində ən yaxşı göstəricilərə sahib olmaqla rəqiblərini üstələyib.
"Bizim üçün ən böyük əhəmiyyət kəsb edən odur ki, indi şəbəkəmizin üstün keyfiyyəti mütəxəssislər tərəfindən müsbət qiymətləndirilməklə yanaşı, həm də Azərbaycanda fəaliyyət göstərən müxtəlif biznes sahələri tərəfindən tanınır” – deyə Bakcell şirkətinin Baş icraçı direktoru Riçard Şirer bildirib. "Bakcell şəbəkəsinin üstünlüyü artıq özünü işgüzar müştərilərimizin sayının artmasında təzahür etdirir və şirkətimizin "Ən yaxşı mobil şəbəkə” nominasiyasında "Azeri Business Award” mükafatı ilə təltif olunması bunu bir daha sübut edir. Ötən bir neçə il ərzində Bakcell öz şəbəkəsinin inkişafına və genişləndirilməsinə böyük investisiyalar yatırıb. Biz yeni-yeni və daha effektiv vasitələri tətbiq etməklə bu istiqamətdə fəaliyyətimizi davam etdirməyi planlaşdırırıq” – deyə cənab Şirer əlavə etdi.
Bakcell öz abunəçilərini daha yüksək keyfiyyətli mobil rabitə xidmətləri ilə təmin etmək üçün öz şəbəkəsinin inkişafına daim investisiyalar yatırır.

***

Bakcell haqqında
Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti müasir mobil kommunikasiya xidmətləri istifadəçilərinə geniş çeşiddə məhsullar təklif edir. Bakcell, Sür@ ticarət nişanı adı altında öz abunəçilərinə ən mükəmməl 3G və 4G mobil internet xidməti göstərir.
Ölkənin qeyri-neft sektorunun ən iri investorlarından biri olan Bakcell, ən son texnologiyalar və abunəçilərinə xidmət edən insan resursları vasitəsilə Azərbaycan iqtisadiyyatına böyük həcmdə sərmayə yatırmaqda davam edir.
5300-dən artıq baza stansiyası sayəsində Bakcell şəbəkəsi əhalinin 99%-ni, ölkə ərazisinin isə 93% -ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir. İnnovasiyalar sahəsində lider olan Bakcell şirkəti öz Sür@ xidməti və yeni əməkdaşlıqlar vasitəsilə Azərbaycan xalqını ən yüksək səviyyəli mobil internet xidmətləri ilə təmin edir. "Bakcell”in 3G xidməti Azərbaycanın bütün regionlarında mövcud olamqla əhalinin 93%-ni əhatə edir. 250-yə yaxın pərakəndə satış nöqtəsi və paytaxt və bölgələrdə fəaliyyət göstərən 26 Müştəri Xidməti Mərkəzində Bakcell abunəçilərinə ən üstün müştəri xidməti göstərilir.
Son 4 il ərzində ən yaxşı mobil internet xidməti kimi öz təsdiqini tapmış 3G Sür@ xidmətindən sonra, 5 may 2015-ci il tarixində Bakcell özünün 4-cü Sür@ brendinin - 4G LTE xidmətininkommersiya istifadəsinə verilməsini elan edib. Mobil internet sürətinin əhəmiyyətli dərəcədə artmasını təmin edən 4-cü Sür@ xüsusilə mobil olmaq və bütün məkanlarda internetə yüksək sürətli çıxış imkanı əldə etmək istəyən istifadəçilər üçün nəzərdə tutulub.
Bakcell və onun məhsul və xidmətləri haqqında ətraflı məlumat əldə etmək üçün, xahiş edirik, www.bakcell.com internet səhifəsinə daxil olun və ya 555-ə zəng edin. Press-relizlərlə tanış olmaq üçün www.bakcell.com/az/news (və ya İngilis dili üçün www.bakcell.com/en/news) səhifəsinə daxil olun.
Qeyri-Bakcell abunəçiləri isə 055 0000 555 nömrəsinə zəng etməklə Bakcell-in xidmətləri haqqında məlumat əldə edə bilərlər.
(səs: 4)
Şərhlər: 5
Baxılıb: 2 075
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri