Qızmar yayı Rixos Premium Bodrum otelində sərinlənərək keçirin - FOTO

Müəllif: Mr. OffiCeR
Şərhlər: 10
Baxılıb: 3 328
Paylaş:
Səs ver:
(səs: 1)
Rixos Premium Bodrum otelində üstünlüklər dünyasına baş vurun və unudulmaz istirahətdən zövq alın. Egey sahillərinin mənzərəli və sakitləşdirici mühitində günəş, dəniz, orqanik qida məhsulları və əyləncə hər birinizi gözləyir.

Otel Bodrum yarımadasının ən mənzərəli buxtalarından birində yerləşir. Sahəsi 187 000 m2 olan otel ərazisi malik olduğu yaşıllıq sayəsində botanika bağını xatırladır.
347 otaq nömrəsi arasında hər bir qonaq istirahət üçün standart nömrədən tutmuş ən tələbkar qonağın tələbatlarını təmin edən çox gözəl və müxtəlif üstünlüklərə malik villalara qədər özü üçün daha uyğun variantı tapa bilər.
Tərtəmiz lacivərdi dəniz, yaşıllığa qərq olan mikroiqlim, restoranlar, barlar, Rixy uşaq klubu, LİM Spa-mərkəzinin geniş xidmətləri və daha bir çoxu Rixos Premium Bodrum otelində istirahətinizi həqiqətən unudulmaz edəcək.

Sahəsi 187 000 m2 olan ərazidə yerləşən Rixos Premium Bodrum oteli yüksək keyfiyyətli, mükəmməl, dəbdəbəli və rahat yaşayış təklif edir. Şəxsi çimərliyi, hovuzları, möhtəşəm rahat otaqları, suite otaqları və villaları, restoranları və barları, SPA mərkəzi ilə kurort sizə gözlədiyinizdən və xəyal etdiyinizdən daha gözəl tətil vəd edir.

Yerləşdiyi yer
Rixos Premium Bodrum hər kəs üçün möhtəşəm tətil vəd edir...
• Bodrumun mərkəzindən 10 km məsafədə
• Bodrum Hava Limanı –Milas-dan 25 km məsafədə
• 200 m uzunluğu olan çimərlik
• Tarixi, mədəni və təbii gözəlliklərin və əyləncələr dünyasının mərkəzində yerləşir.

Yaşayış
Siz Egey dənizinin sakitləşdirici mühitində günəş, dəniz, yemək və içkilərdən zövq alacaqsınız. Rixos Premium Bodrum-da sizi unudulmaz tətil gözləyir.
• 347 otaq, suite otaqlar və villalar
• Egey dənizinin qüsursuz görünüşü
• VIP xidmətlər
• Delüks villalar
• Suite otaqlar
• Otaqlar

Qurman təcrübəsi
Rixos Premium Bodrum otelindəki restoranlar dünyanın ən zərif mətbəxlərindən fərqli dadları təklif edir:
• Layali Livan Mətbəxi
• Aja Asiya Mətbəxi
• Zeytin Restaurant
• Wine House
• La Rosetta – İtalyan
• Onyx Restaurant

Əyləncə və istirahət
Rixos Premium Bodrum sizə sonsuz sayda əyləncə təklif edir. Həyatınızın anını yaşamaq üçün müxtəlif imkanlardan seçə bilərsiniz.
• Dünyaca məşhur rəqslər və sirk şouları
• VIP pier-də möhtəşəm canlı musiqi ifaları
• Səhər əyləncələri
• Axşam əyləncələri

SPA
Xüsusi müalicə və sağlamlıq xidmətləri sizi Rixos Premium Bodrum Royal SPA-da gözləyir.
• Masaj kabinetləri
• Buğxana
• Türk hamamı
• Sauna
• Gözəllik salonu
• Fitness mərkəzi
• Mütəxəssis terapevtlər


Rixy Club
Uşaqlarınız xəyallarındakı tətildən zövq alaraq mütəxəssis komandalarımızın hazırladığı və keçirdiyi xüsusi fəaliyyətlər vasitəsilə yeni biliklər əldə edəcək.
• Rixy Giriş
• Rixy Musiqi Akademiyası
• Əyləncə otağı
• Rixy Fitness
• Çərpələng uçurma
• Uşaq bağçası
• Rixy akva park & Rixy kinoteatr
• Mini Disko
• Körpələr üçün yarmarka
• Qrimləmə
• Keks və pizza bişirmə
• Körpəyə qulluq sistemi
• Futbol
• Playstation və WII

Qızmar yayı Rixos Premium Bodrum otelində sərinlənərək keçirin - FOTO



















(səs: 1)
Şərhlər: 10
Baxılıb: 3 328
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri