Göz quruluğunun yaranma səbəbləri

Müəllif: YalniZ-ArZu
Şərhlər: 3
Baxılıb: 1 791
Bölmə: Sağlamlıq
Səs ver:
(səs: 0)
Acıbadem Bakırköy Xəstəxanası Göz Xəstəlikləri Uzmanı Dr. Evren Baca, yay aylarında göz quruluğu şikayətinin artım göstərdiyini bildirərək "Göz quruluğu; Gözlərdə batma, yanma, qızartı, ağrı, bulanıq görmə kimi şikayətlərə səbəb olur. Xarici amillər göz quruluğu prosesində ən mühüm səbəblərdir. Ancaq az su sərf edib maye ehtiyacını bir də çay və qəhvə ilə qarşılamaq da göz quruluğunu artırır" dedi. Sadə tədbirlər görərək, korluğa qədər gedə biləcək ciddi problemləri qarşısını almağın mümkün olacağını vurğulayan Dr. Baca, şikayətlərin davam etməsi halında isə vaxt itirmədən mütəxəssisə görünmək lazım olduğunu söyləyir.
Doktor Baca, göz quruluğuna yol açan 6 amili və qarşısını alma tədbirləri danışdı, əhəmiyyətli xəbərdarlıqlar və təkliflər verdi.


1 - Kondisionerli mühit

Kondinsioner, mühitdəki nəm nisbətini saldığı üçün gözləri qurudur. İqamətgah tipli binalarda bu problem daha tez-tez qarşımıza çıxır. Bu halda kondisioner sisteminin rütubət tənzimləyici tipdə olması və ya şəraitin ayrıca rütubətinin artırılması lazımdır. Buna baxmayaraq, şikayətiniz davam edərsə, süni göz yaşı ilə gözün rütubətini bərpa edin.


2 - Günəş

Günəşin ultrabənövşəyi çüaları göz quruluşlarına zərər verə bilir. İstilik səbəbiylə göz yaşının tez buxarlanmaya səbəb olmasının yanında, ultrabənövşəyi şüaları katarakt və sarı nöqtə xəstəliyinə də səbəb olur. UV bloklu günəş gözlüyü istifadə etmək çox mühümdü. Bundan başqa, şlyapa istifadəsinə də gərək yetkin istərsə uşaqlarda laqeydlik edilməməlidi.
Göz quruluğunun yaranma səbəbləri

3 - Dəniz və hovuz

Duzlu su, göz səthinin və göz yaşının təbii quruluşunun pozulmasına səbəb olur. Hovuz isə xlor səbəbindən daha da zərərlidi. Xlor göz səthinə zəhərli təsir edir. Dənizə və ya hovuza girərkən mütləq eynək istifadə edin. Gözdə qızartı olsa mütləq bir göz həkiminə müraciət edin.


4 - Külək

Yaz aylarında əsən külək sərinliyi ilə bizi rahatlaşdırarkən gözlərimizi qurudur. Göz yaşı buxarlanır. Geniş çərçivəli eynəklə gözlərinizi qoruya, süni göz yaşı köməyilə rütubətləndirə bilərsiniz.


5 - Qəhvə və çay

Doktor Baca "Bol su içmək göz quruluğunun qarşısını almaqda böyük fayda verir. Xüsusilə buxarlanmanın sıx olduğu və göz quruluğunun artdığı yaz dövründə kifayət qədər maye istehlak etməmək, maye ehtiyacının çay, ya da qəhvə qarşılanacağını düşünmək, göz quruluğunu artıraraq göz sağlamlığına da ziyan vurur" şəklində danışdı.

6 - Tozlu şərait

Toz; Quru və küləkli havada göz səthinə yapışıb çəkilmələrə, infeksiyalara səbəb ola bilir. Gözə toz qaçması halında bol su ilə yuyun, gözləri əsla ovmayın, yumağa baxmayaraq, batma davam edərsə dərhal bir həkimə müraciət edin.
(səs: 0)
Şərhlər: 3
Baxılıb: 1 791
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri