Qadın və siqaret

Müəllif: Mr. OffiCeR
Şərhlər: 1
Baxılıb: 9 431
Səs ver:
(səs: 1)
Azərbaycanda 320 min qadin siqaret çəkir!!!
Artıq neçə ildir ki, ətraf mühitə və insan sağlamlığına ciddi problemlər yaradan siqaretin yasaqlanması prosesinə başlanıb. ABŞ-da Kaliforniya, Nyu-York, Men, Konnektikut və Delaver siqaret çəkməyən ştatlar elan edilib. İrlandiya, Norveç və İspaniyada bar, restoran, hava limanı və dəmiryolu stansiyalarında siqaret çəkməyə yasaq qoyulub. Həmin ölkələrdə qadağanı pozanlara qarşı 30 avrodan 3000 avroyadək cərimə sanksiyası tətbiq edilir.
Siqaret çəkmək üçün ayrılan yer məsələsinə də çox ciddi yanaşılır. Məsələn, İrlandiya qanunvericilərinin təqdim etdikləri son siyahı olduqca qısadır. Adamlara yalnız öz evlərində, qaldıqları hotel otaqlarında, şəxsi maşınlarında, həbsxanada və xəstəxanada (əgər xəstə hərəkət edə bilmirsə), bir də açıq havada siqaret çəkməyə icazə verilir.
Danimarka isə siqaretə qarşı mübarizəyə qoşulan sonuncu Avropa ölkəsidir. Şotlandiyada qapalı binalarda siqaret çəkməyin qadağan edilməsi haqqında qanun artıq qüvvəyə minib. Yasağı pozanlar 50 funt (80 dollara yaxın) cərimə ediləcəklər, tabeliyindəki idarənin ərazisində qanuna riayət olunmasını təmin edə bilməyən meneceri isə 200 funt (təxminən 350 dollar) cərimə gözləyir.
Asiya ölkələrinə gəlincə, Yaponiya və Cənubi Koreyada restoran, kafe və digər müəssisələrdə siqaret çəkənlər üçün kiçik bölmələr ayırmaqla kifayətlənirlər. Türkiyə Böyük Millət Məclisi də ictimai yerlərdə siqaret çəkməyi qadağan edən qanun qəbul edib. Həmin qanuna görə, kafe, restoran, stadion və dəhlizlər də daxil olmaqla bütün növ sosial-ticarət binalarında, nəqliyyat vasitələrində əsasən də taksi və qatarlarda siqaret çəkməyə qadağa qoyulur. Həmçinin tütün məmulatlarının reklamı, onların film, klip və seriallarda nümayişi qadağan olunub.
Ümumdünya Səhiyyə Təşkilatının gəldiyi qənaətə görə, dünyada ən çox siqaret çəkən kasıblardır. ÜST-nin reytinq cədvəlində daha çox siqaret çəkilən ölkə isə Monqolustan sayılır - əhalinin 70 faizi. Sonrakı yerlərdə Çin (66.9), Keniya (66.8), Kamboca (66), Namibiya (65) gəlir. Azərbaycan 32 faizlə 85-ci sıradadır. Təşkilatın hesablamalarına görə, hər il təxminən 5 milyona yaxın adam siqaretdən ölür. Və bu rəqəm ildən-ilə artır. Təşkilat xəbərdarlıq edir ki, əgər problemin qarşısı alınmasa, 2020-ci ildə tütündən istifadə nəticəsində 8 milyona yaxın adam həlak olacaq. Ekspertlər hesab edir ki, təkcə siqaret çəkənlər deyil, siqaret tüstüsü udan kənar şəxslər də riskə məruz qalırlar.

"Sağlam həyat” təşkilatının açıqladığı rəqəm isə daha acınacaqlıdır. Təşkilatın apardığı araşdırma zamanı məlum olub ki, Azərbaycanda 3 milyon 200 min insan siqaret çəkir. Onların 10 faizi qadındır. 1995-ci ildə ÜST-nin təşəbbüsü ilə Azərbaycanda Səhiyyə Nazirliyi Yanında Nikotinə Qarşı Mübarizə üzrə Əlaqələndirmə Şurası yaradılıb. 2000-ci ildə Milli Məclisin "Reklam haqqında qanun”a etdiyi dəyişikliklərə görə, tütünün KİV-də və ictimai yerlərdə reklamı qadağan olunub. 2001-ci ildən isə "Tütün və tütün məmulatları haqqında” qanun qüvvədədir. Təəssüf ki, Azərbaycanda bu qanundan irəli gələn tələblərə riayət edilmir.
(səs: 1)
Şərhlər: 1
Baxılıb: 9 431
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri