Cinsəllik də nəfəs almaq və qidalanmaq kimi insan həyatının təbii
bir hissəsidir. İnsanın cinsi həyatı onu təbiətdəki digər canlılardan
ayıran, onu ən gözəl şəkildə yaşayan şüurlu halıdır. Təəssüf ki, müasir
həyat insanı cinsəlliklə əlaqədar çətinliklərini, marağını gizlətmək
məcburiyyətində qalmağa vadar edir. Halbuki uşaqlıqdan başlayan
cinsəlliyin sağlam şəkildə yaşanması vacibdir. Elə isə qidalanmanın bu
mövzuda vacib yeri nədir? Yediyimiz qidalar cinsi həyatımıza necə təsir
edir? Bəzi qidaların qarın doydurmaqla yanaşı, afrodizyak təsiri
olduğunu bildirən mütəxəssislər ruhu və libidonu qidalandıran tərəvəz,
meyvə və bitkilərin olduğunu deyirlər. Çində aparılan araşdırmaya görə,
afrodizyak təsiri yaradan və cinsi istəyi artıran bir çox qidalar var.
Kişilər üçün afrodizyak qidalar
Cəfəri,
nanə, darçın, kəklik otu, vanil, acı bibər, xardal, kərəviz, günəbaxan,
noxud, yumurta, hinduşka (sink ehtiva edir, üstəlik zülal baxımından da
zəngindir), roka (dəmir və C vitamini ehtiva edir), püstə, susam yağı,
badam, qoz, fındıq (ehtiva etdikləri doymamış yağ turşuları və E
vitamini səbəbi ilə afrodizyak olaraq istifadə edilir), xiyar, soğan,
pomidor, reyhan, Hindistan qozu, bal, bəhməz, kivi, qreypfrut, qarpız,
manqo.
Qadınlar üçün afrodizyak qidalar
Şokolad
(beyindəki seratonin səviyyəsini artırır, xoşbəxtlik hissi verir.
Qadınlar kişilərə nisbətən şokoladın bu xüsusiyyətlərinə qarşı daha
həssasdır), çiyələk, moruq, ərik, qatıq, qırmızı bibər və digər
ədviyyatlar.
- Daha təsirli seks həyatı üçün bol A vitamini ilə maqnezium ehtiva edən qaysının nizamlı olaraq yeyilməsi lazımdır.
- E vitamini ehtiva edən çiyələk afrodizyak
təsiri təmin edir. Araşdırmalara görə, E vitamini sayəsində sperma
miqdarını və cinsi orqanlara gedən qan dövranını sürətləndirərək seks
impulsunu artırır. Gündə 2 kasa çiyələk yesəniz, 1 həftə içində
afrodizyak təsirini görərsiniz.
- Təməl yağ turşuları və antioksidanlarıyla seks hormonlarının istehsalını sürətləndirən avokado həftədə 3 dəfə yeyilə bilər. 2 həftə içində sperma miqdarını əhəmiyyətli dərəcədə artırır.
-
Banan, çiyələk, əncir, şaftalı, armud, xurma, üzüm, alma, qreypfrut,
qarpız, kivi və moruq da çox güclü afrodizyak təsiri olan meyvələr
arasındadır. Bu meyvələrdən hazırlanan meyvə suları da bənzər təsirlərə
malikdir