Qadın sonsuzluğunun 7 səbəbi

Müəllif: Sweet Candy
Şərhlər: 2
Baxılıb: 2 158
Səs ver:
(səs: 0)
Ovulyasiya pozğunluqları qadınlarda ən çox müşahidə olunan sonsuzluq səbəbidir
Hamiləliyin əmələ gələ bilməsi üçün ilk öncə qadının toxum hüceyrəsinin yumurtalıqlardan xaricə çıxması, yənı ovulyasiyası tələb olunur. Normal şəraitdə qadında ayda bir dəfə ovulyasiya baş verir. Lakin ovulyasiyanın az-az olması, qeyri-müntəzəm zaman aralıqlarında müşahidə olunması, ya da ki, ümumiyyətlə olmaması ovulyasiya pozğunluğu kimi izah edilir. Bir qadının onda ovulyasiya pozğunluğunun olmasından şübhələnməsi üçün ən əsas simptom menstrual qanaxmaların nizamsızlaşmasıdır. Çox tez-tez olmasa da, bəzən hər ay müntəzəm olaraq menstruasiya keçirən qadınlarda da ovulyasiya pozğunluqları müşahidə oluna bilər. Qadınlarda ovulyasiyanın baş verə bilməsi üçün beyində hipofiz vəzindən ifraz olunan qadın hormonlarının müntəzəm zaman aralıqlarında və kifayət miqdarda ifraz olunması lazımdır. Əgər bu hormon doğuşdan etibarən heç ifraz olunmazsa qadında, qadın həyatı boyunca aybaşı qanaxma heç vaxt olmayacaqdır. Lakin əgər hormonlar qeyri-müntəzəm ifraz olunursa, həm menstrual qanaxmalar, həm də ovulyasiya qeyri-müntəzəm olurlar.

Bundan başqa, həmçinin prolaktin adlandırılan süd hormonu normadan çox ifraz olunarsa, cərrahi üsullarla və dərman müalicəsi ilə prolaktinin səviyyəsi normaya endirilənə qədər ovulyasiya pozğunluğu yaşanacaqdır. Həmçinin hər hansı bir pozuntu səbəbindən yumurtalıqlarda çox sayda kistlərin əmələ gəlməsi halı – Polikistozlu Yumurtalıqlar Sindromu da ovulyasiya pozğunluqlarına gətirib çıxarır. Normadan çox az və qeyri-müntəzəm menstrual qanaxmalar, dəridə kişi tipli tüklənmə və saçların tökülməsi, həddindən artıq akne də Polikistozlu Yumurtalıqlar Sindromundan qaynaqlanan ovulyasiya pozğunluğunun simptomlarıdır.

Uşaqlıq borularının deformasiyası və ya tıxanması sonsuzluğa gətirib çıxarır
Hamiləliyin əmələ gəlməsi üçün əvvəlcə spermatozoidin və toxum hüceyrəsinin bir araya gəlib mayalanmanı meydana gətirməsi lazımdır. Əgər qadının uşaqlıq boruları bir az tıxanıblarsa və ya tamamilə bağlıdırlarsa təbii yollarla hamiləlik əldə etmək çox çətin və ya qeyri-mümkün olur. Uşaqlıqda orqanizmin yoluxduğu vərəm mikrobu, cinsi yolla ötürülən infeksiya və mikroblar, keçirilmiş cərrahi əməliyyatların əmələ gətirdiyi qarın daxili yapışıqlar, uşaqlıq daxili toxumanın bədəndə başqa bir yerdə özünü göstərməsi kimi hallar borulara zərər verə bilər. Boruların funksionallığına mənfi təsir edən bu cür hallarda qadının təbii yolla hamilə qalması mümkün deyil.

Endometrioz qadın sonsuzluğunun səbəblərindən biridir
Uşaqlığın daxilini qapayan, hamiləlik yarandıqda embrionun yapışmasını təmin edən, hamiləlik baş tutmasa isə menstrual qanaxma ilə tökülən toxumanın uşaqlıdan kənar bir sahədə əmələ gəlməsi Endometrioz adlanır. Uşaqlığın səthində, bağlarında, borularında və yumurtalıqlarda normadan kənar uşaqlıq daxili toxuma meydana gəldikdə bu toxuma, hər ay menstruasiya dövründə qanaxma əmələ gətirir və bu qan bədəndən xaric edilmədiyinə görə ətrafındakı sahələrdə yapışqanlığın, iltihabın meydana gəlməsinə səbəb olur. Həmçinin yumurtalıqlarda Endometrioz yarandıqda Endometrioma adlanan şokolad kistalari əmələ gəlir. Qadınlar cinsi əlaqə zamanı və ya ondan sonra, menstrual qanaxmaların əvvəlində və onların baş verməsi zamanı şiddətli ağrı hiss edirlərsə, menstrual qanaxmalar nizamsızlaşmışdırlarsa və təbii yollarla hamilə qala bilmirlərsə Endometriozun olmasından şübhələnməlidirlər.

Uşaqlıq boynunun problemləri sonsuzluğa gətirib çıxara bilər
Uşaqlıq boynunda anadangəlmə və ya sonradan əmələ gəlmiş quruluş pozğunluqları, bu sahədə yaranmış polip və miomalar və bunların müalicəsində tətbiq olunan cərrahi əməliyyatlar qadın sonsuzluğunun səbəblərindəndir. Bundan başqa hormonların təsirindən uşaqlıq boynunda yaranan ifraz pozğunluqları, anormal xüsusiyyətlər spermanın cinsi yoldan(kanaldan) ötürülmələsini çətinləşdirirlər. Hər hansı bir səbəbdən uşaqlıq boynunda meydana gələn infeksiyalar da qadın sonsuzluğuna gətirib çıxara bilər.

Toxum hüceyrəsi ehtiyatının aşağı olması təbii yolla hamiləliyin əldə olunmasını çətinləşdirir
Hər bir qadın müəyyən sayda toxum hüceyrəsi ehtiyatı ilə dünyaya gəlir. Lakin yaşın keçməsi, istifadə olunan dərmanlar, müxtəlif xəstəliklərin müalicəsində tətbiq olunan cərrahi əməliyyatlar qadının toxum hüceyrəsi ehtiyatını azaldır. Toxum hüceyrəsi ehtiyatı azaldıqca təbii yolla hamilə qala bilmə ehtimalı da düşür.

Uşaqlıq və ya yumurtalıq üzərində aparılan əməliyyatlar sonsuzluğa gətirib çıxara bilər
Uşaqlıqda əmələ gələn mioma və ya polip kimi xoşxassəli törəmələr cərrahi əməliyyatla götürülərkən bu sahədə yapışıqlıqlar yarana bilər, hansılar ki həmçinin hamiləliyə mane ola bilər. Həmçinin yumurtalıqlardakı problemlərə görə bir yumurtalığın götürülməsi də buradakı hormon səviyyələrini nizamsızlaşdırır və təbii yolla hamilə qala bilmə ehtimalı düşür. Hər hansı bir xəstəlik səbəbindən yumurtalığın hər ikisi götürülürsə hamiləlik mümkünsüz olur.

Yaşın keçməsi qadının hamilə qalmasını çətinləşdirir, hətta mümkünsüz edir
Qadınların hamilə qala bilməsində ən önəmli faktor reproduktiv (nəsilartırma) funksiyaların tam gücü ilə işləmələridir. Bu nöqteyi-nəzərdən də qadının yaşı əhəmiyyətli faktordur. Çünki 20 yaşlı sağlam bir qadının bir il içində təbii yolla hamilə qalma ehtimalı təxminən 85% olarkən, 35 yaşdan yuxarı sağlam bir qadının eyni müddət ərzində hamilə qalma ehtimalı orta hesabla 50% civarındadır. Çünki yaş keçdikcə qadının reproduktiv (nəsilartırma) funksiyaları, ehtiyatları, imkanları sürətlə azalır.
(səs: 0)
Şərhlər: 2
Baxılıb: 2 158
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri