Qadınlarda sonsuzluq əlamətləri

Müəllif: Love Angel
Şərhlər: 2
Baxılıb: 205
Səs ver:
(səs: 0)
1. Ovulyasiya problemləri Qadınlarda ayda bir dəfə ovulyasiya baş verir.

Ovulyasiyanın seyrək olması, nizamsız aralıqlarla və ya heç olmaması ovulyasiya pozuntusuna gətirib çıxarır. Menstural qanamalar düzənsizdirsə, ovulyasiya da düzənsizləşəcək. Bəzən mensturasiyası nizamlı olan qadınlarda da ovulyasiya pozulmaları müşahidə olunur. Buna səbəb beynin hipofiz hormonunu düzgün vaxtlarda ifraz etməməsidir. Əgər bu hormonlar qaydasında ifraz olunmursa, mensturasiya və ovulyasiya pozulacaq. Bununla yanaşı prolaktin adlanan süd hormonu da yumurtlama problemlərinə səbəb olan amillərdən biridir. Müalicəsi üçün cərrahi və ya dərman metodları lazım olur.

Bəzən yumurtalıqlarda çoxlu kist olması yəni Polikistik Over Sindromu da ovulyasiyanın pozulmasına gətirib çıxarır. Normaldan çox seyrək mensturasiya qanamaları bədəndə tüklənmə, saç tökülməsi və sızanaqlar əmələ gətirir. Eyni zamanda da sonsuzluğa səbəb olur.

2. Uşaqlıq borusu tıxanıqlıqları

Hamiləliyin yaranması üçün yumurta və spermlərin birləşməsi lazımdır. Əgər qadının boruları tıxanıbsa, təbii yolla hamilə qalmaq şansı çox azdır və ya mümkün deyil. Bu tıxanıqlıqlara səbəb olan şey isə cinsi yolla keçən xəstəliklər, infeksiyalar, uşaqlıqda yoluxmuş vərəm mikrobu, cərrahi əməliyyatlardan əmələ gəlmiş qarın içi yapışıqlıqları və s. boruların tıxanmasına səbəb olur.

3. Endometriozis

Hər ay mensturasiya dövründə meydana gələn qanamada qanın tam xaric olunmaması iltihab və yumurtalıqlarda kistlər əmələ gətirir. Əgər qadınlar cinsi münasibət zamanı və sonrası şiddətli ağrı hiss edirsə, mensturasiya əvvəli və zamanında da ağrılar hiss edirlərsə, mensturasiyaları pozulmuşsa o zaman endometriozisdən şübhələnməlidirlər.

4. Uşaqlıq yolu problemləri

Uşaqlıq ağzında doğuşdan yaranan və ya sonradan meydana gələn fiziki dəyişikliklər, bu sahədə pollip və ya miyomlar və onların müalicəsi üçün tətbiq edilən cərrahi əməliyyatlar qadınlarda sonsuzluq yaradan səbəblərdəndir.

5. Yumurta rezervinin az olması

Hər qadın müəyyən sayda yumurta tutumuna malikdir. İrəliləyən yaş, istifadə edilən dərmanlar, müəyyən narahatlıqlar və əməliyyatlar qadının yumurtalarının sayını azaldır. Yumurta sayı azaldıqca təbii yolla hamilə qalmaq şansı da azalır.

6. Rəhm və ya yumurtalıq əməliyyatları

Rəhmdə əmələ gələn miyom və pollip kimi problemlərin müalicəsi üçün edilən əməliyyatlar bu sahədə yapışqanlıqlar əmələ gətirə bilir. Bu da hamiləliyə əngəl olur. Yumurtalıqlarda əmələ gələn problemlərə görə yumurtalıqların alınması da hamiləliyi imkansız hala gətirir.

7. İrəliləyən yaş qadının hamilə qalmasını çətinləşdirir, hətta mümkünsüzləşdirir.

Qadınların hamilə qalmaq üçün bütün çoxalma funksiyaları normal işləməlidir. 20 yaşındakı bir qadının təbii yolla hamilə qalmaq ehtimalı 85%-dirsə, 35 yaşındakı bir qadında bu miqdar 50% civarında olur.

(səs: 0)
Şərhlər: 2
Baxılıb: 205
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Offline
vipbetul
ALlah her kese ovlad nesib etsin Amin İnsaAllah
3 iyun 2019 13:00
2
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Offline
diablo
1. Ovulyasiya problemləri Qadınlarda ayda bir dəfə ovulyasiya baş verir.

Ovulyasiyanın seyrək olması, nizamsız aralıqlarla və ya heç olmaması ovulyasiya pozuntusuna gətirib çıxarır. Menstural qanamalar düzənsizdirsə, ovulyasiya da düzənsizləşəcək. Bəzən mensturasiyası nizamlı olan qadınlarda da ovulyasiya pozulmaları müşahidə olunur. Buna səbəb beynin hipofiz hormonunu düzgün vaxtlarda ifraz etməməsidir. Əgər bu hormonlar qaydasında ifraz olunmursa, mensturasiya və ovulyasiya pozulacaq. Bununla yanaşı prolaktin adlanan süd hormonu da yumurtlama problemlərinə səbəb olan amillərdən biridir. Müalicəsi üçün cərrahi və ya dərman metodları lazım olur.

Bəzən yumurtalıqlarda çoxlu kist olması yəni Polikistik Over Sindromu da ovulyasiyanın pozulmasına gətirib çıxarır. Normaldan çox seyrək mensturasiya qanamaları bədəndə tüklənmə, saç tökülməsi və sızanaqlar əmələ gətirir. Eyni zamanda da sonsuzluğa səbəb olur.
Təşəkkür xebər üçün
3 iyun 2019 06:31
1
......

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınla.Com həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 

Qadın testləri