Kişi sonsuzluğu haqqında

Müəllif: Mr. OffiCeR
Şərhlər: 4
Baxılıb: 2 073
Səs ver:
(səs: 3)
Hamiləlik əleyhinə qorunma tədbirləri həyata keçirilmədən nizamlı olaraq 1 il cinsi həyat keçirən cütlərdən uşaq doğulmursa bu artıq sonsuzluq adlanır. Sonsuzluq (infertilite) həyata uşaq gətirə bilməmək və yaxud mayalandıra bilməmək anlamına gəlir. Yetkinlik dövrü başlarkən oğlanlarda sperma əmələ gəlməyə başlayır. Həmin oğlanlarda səsin kobudlaşması, qasıq, qoltuq altı, cinsiyyət üzvləri ətrafında, üzdə tüklər əmələ gəlir ki, bunlar ikincili cinsi əlamətlər sayılır. 12 yaşından başlayaraq özünü göstərən bu əlamətlər kişini fərqləndirərək onun mayalandıra bilmək üçün ən önəmli simptomlarıdır. Beyində hipotalamusun xüsusi modelləri ilə hipofizə təsir edilərək onun ön payında FSH ve LH hormonları sekresiya olunur.FSH sperm sekresiyasını artırır. LH isə xayadakı Leydiq hüceyrələrindən testosteron hormonun ifrazını artırır ki, bu da spermanın aktivləşməsini (maturasiya) həyata keçirir. Ümumiyyətlə spermlər xayada əmələ gəlir və epididimində (xaya artımında) tam formalaşır. Bu müddət 3 ay davam edir. Artıq formalaşmış spermlər isə cinsi fəaliyyətdən sonra sperm kanallarında qadın vaginasına (uşaqlığına) atılır. Bu prosesdə prostat, toxum kisələri, sperm bəsləyən və onu qadın mayalandırma yollarında aktiv hərəkət edə biləcək vəziyyətə gətirən şirələr də sperma qarısır ki, bunlar hamısı bir yerdə eyakulyat adlanır. Sperm əmələ gəlməsi kişinin həyatda yaşamı boyu davam edir.
(səs: 3)
Şərhlər: 4
Baxılıb: 2 073
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri