Spermanın və uşaqlıq boynu seliyinin uyğunluğu sınağı (Şuvarski testi)

Müəllif: emis
Şərhlər: 2
Baxılıb: 5 070
Səs ver:
(səs: 1)
Sonsuzluğun istənilən formasının müalicəsi zamanı mütləq postkoital test (Şuvarski sınağı) aparılmalıdır. Bu, cinsi tərəf müqabili olanların bioloji uyğnluğu üzrə olan xüsusi sınaqdır.

Sınaq nəticəsində cütlük arasında müvafiq uyğunluq olmazsa, onların sonsuzluq üzrə aparılan istənilən müalicələri heç bir effekt verməyəcəkdir! Məhz buna görə bu sınağın aparılması çox vacib hesab edilir!

Bəs bu sınağın məğzi nədən ibarətdir? Şuvarski sınağı aparılmazdan əvvəl ailə cütlüyü üzvlərinə 2-3 gün ərzində cinsi əlaqədən çəkinmək məsləhət görülür. Mayinə ovulyasiyanın nəzərdə tutulan günü və ya ondan bir neçə gün əvvəl olmaqla aparılır. Postkoital (cinsi əlaqədən sonrakı) testin aparılması vaxtı (aybaşı tsiklinin neçənci günündə), fərdi şəkildə olmaqla, aybaşı tsiklinin davam müddətindən, bazal temperaturun - BT (qadının düz bağırsağında olan temperatur), ovulyasiya testlərinin nəticəsi, servikal (uşaqlıq boynu) seliyin dəyişiklikləri nəzərə alınmaqla təyin edilir. Müayinədən 2-3 gün əvvəl və müayinə günü uşaqlıq yoludaxili dərman preparatlarından istifadə etməkdən və uşaqlıq yolunun püskürdülməklə şırınqa ilə yuyulmasından imtina etmək tələb olunur.

Müayinə günü, cinsi əlaqədən 2 saatdan artıq vaxt keçməmək şərti ilə, uşaqlıq boynu kanalından müayinə üçün selik götürülür. Müayinə günü, cinsi əlaqədən sonra, qadın vanna qəbul edilməsindən və usaqlıq yolunun püskürdülməklə şırınqa ilə yuyulmasından da imtina etməlidir!

Müayinə nəticəsində selikdə spermatozoidlərin hərəkətsiz olması və ya onların heç olmaması müəyyən edilərsə, Şuvarski sınağı mənfi hesab edilir. Bu halda həkimlər sonsuzluğun immunoloji forması və ya məhz bu cütlüyün bioloji uyğunsuzluğun olması barədə düşünürlər.

Sınağın mənfi olduğu təqdirdə, növbəti tsikl zamanı onu təkrarən aparmaq məsləhət görülür.
(səs: 1)
Şərhlər: 2
Baxılıb: 5 070
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri