Süni mayalanma

Müəllif: Mr. OffiCeR
Şərhlər: 3
Baxılıb: 3 634
Səs ver:
(səs: 0)
Süni mayalanma nədir?
Aparılan klinik araşdırmalara əsasən ətrafımızda hər 7 şəxsdən birinə sonsuzluq diaqnozu qoyulur və bu insanlar övlad sahibi olmaq üçün alternativ müalicə üsullarından istifadə edir və əksər hallarda həm zamanları, həm də pul vəsaitləri boş yerə gedir. Sonsuzluq cütlüklər arasında hətta ayrılığa da səbəb olur. Sonsuzluq xəstəlikdir və müalicəsi böyük nisbətlə (genetik xəstəlik yoxdursa) vardır. Müalicə üsullarından ən uğurlu və ən yaxşı nəticə verən süni mayalanmadır. Bir çox cütlük hələ də bu müalicənin necə tətbiq edildiyini bilmir və ya bu haqda çox  az məlumata malikdirlər. Əlbəttə, bununla yanaşı bu haqda yanlış fikirlər meydana çıxır.
Bəs süni mayalanma nədir?
Süni mayalanma normal yollarla övlad sahibi ola bilməyən, sonsuzluq diaqnozu qoyulan, yaş ötdüyü üçün doğuş qabiliyyəti zəifləyən və övlad sahibi olmaq istəyən ailələrin müraciət etdiyi, ən yüksək uğur nisbəti olan müalicə üsuludur. Günümüzdə tibb sahəsində meydana gələn irəliləyişlər və yeni üsullar ilə uğur göstəriciləri getdikcə artır. Süni mayalanma nədir sualının təfərrüatları üçün videomuza baxın.
Süni mayalanma necə həyata  keçirilir?
Süni mayalanma müalicəsi məntiqi əslində çox sadədir və yüksək texniki avadanlıqlarla təchiz edilmiş laboratoriyada həyata keçirilir. Süni mayalanma və onun mərhələlərini ətraflı izah edəcəyik, lakin qısa olaraq belə demək mümkündür ki, süni mayalanma anadan alınan yumurta ilə atadan alınan spermanın laboratoriya şəraitində birbaşa mayalandırılmasıdır. Ötən 10 il ərzində ölkəmizdə süni mayalanma üsulu həm sürətlə inkişaf etmiş, həm də qazanılan uğur göstəriciləri sayəsində olduqca geniş yayılmışdır.
Nə üçün süni mayalanma üsulu seçilməlidir?
"Həyat şəraiti, doğuşdan qaynaqlanan narahatlıqlar, təbiət amilləri, peşə sahəniz, müxtəlif vərdişlər (siqaret, spirtli içki və s.) və bir sıra digər səbəblər sonsuzluğa yol açır. Təxminən, ətrafımızdakı hər 6-7 şəxsdən biri bu problemlə üz-üzə qalır. Bir çoxu yaxşı müayinə ilə müalicə oluna bilir və
mütəmadi həkim nəzarəti altında hamilə qalmaları mümkün olur”.
İlk olaraq cütlüklər süni mayalanmaya şübhə ilə yanaşır, lakin bu üsulla dünyaya gələn övlad 100% sizin öz övladınızdır. Çünki, hamiləlik üçün lazım olan yumurtalar və spermalar sizdən götürülür. Süni mayalanma uzun illərdir hamilə qala bilməyən qadınlar üçün ümid yolu olmuşdur. Süni mayalanma müalicəsinin iki üsulu vardır: 1) Klassik süni mayalanma, 2) Mikroinyeksiya üsulu. Bu üsul peyvənd üsulu deyil və uğur nisbəti olduqca yüksəkdir. Peyvənd üsulu isə daha aşağı uğur nisbəti göstərmişdir.
İlk süni mayalanma
Türkiyədə ilk süni mayalanma ilə doğulan uşaq 22 dekabr 1988-ci il tarixində Samsunda dünyaya göz açan qız  uşağı olmuşdur. Süni mayalanma doğrudan da, uzun illərdir minlərlə ailənin dərdinə dərman olmuşdur. Axı hansı ailə və ya hansı cütlük uşaq sahibi olmaq istəməz ki?! Son illərdə xüsusilə mikroinyeksiya üsulu sayəsində uğur nisbəti də olduqca yüksəlmiş və bu üsulla övlad sahibi olmaq istəyən cütlüklərə ümid vermişdir. Bununla belə, ikinci və üçüncü övladları da süni mayalanma ilə dünyaya gətirmək mümkündür.
Süni mayalanmanın uğur nisbəti
Süni mayalanmanın uğur  nisbəti cütlüyün yaşından və səhhətindən asılıdır. Əlbəttə ki,  müalicə möcüzələr yaratmır, müalicənin uğurlu keçməsi üçün bir sıra amilin bir yerdə olması lazımdır. Bundan gözünüz heç zaman qorxmasın, çünki bir çox yaşlı cütlüklərdə süni mayalanma ilə hamiləlik əldə edilmişdir. Süni mayalanma üsulunda ən mühüm amillərdən biri əhval-ruhiyyə amilidir və əhvalınız nə qədər yüksək olsa, nə qədər rahat olsanız bir o qədər uğur əldə edə  bilərsiniz. İlk sınaqda olmadısa, həmin an ruhdan düşməməli və imkan varsa bir müddət fasilə verib yenidən sınamaq lazımdır. Süni mayalanma zamanı şəxsin yaşı, səhhəti və psixoloji vəziyyəti də uğur nisbətinə təsir edən ən mühüm amillərdən biridir.
Nələrə diqqət yetirmək lazımdır?
Süni mayalanma əsnasında heç zaman ümidsizliyə qapılmaq və ilk sınaqda nəticə əldə edilməzsə geri çəkilmək lazım deyil. Özünüzü ən rahat hiss  etdiyiniz zaman müalicəyə başlamaq və əhvalınızı yüksək tutmaq lazımdır ən mühümü isə süni mayalanmanın həyata keçiriləcəyi mərkəzin seçimində diqqətli olmalısınız.
(səs: 0)
Şərhlər: 3
Baxılıb: 3 634
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri