Təbii doğuş, yoxsa keysəriyyə

Müəllif: Sweet Candy
Şərhlər: 7
Baxılıb: 246
Səs ver:
(səs: 0)
Keysəriyyə əməliyyatı dünya ginekologiyasında geniş yayılmış üsuldur. Bu metod ölkəmizdə də kifayət qədər populyardır. Lakin bəzən sağlam qadınların sözügedən doğuş metodunu seçməsi hallarına da az rast gəlinmir. Beləliklə, Keysəriyyə, yoxsa təbii doğuş? Bu haqda təcrübəli mama-ginekoloqu Tatyana Çerenkova danışıb:

– Doktor, son vaxtlar ölkəmizdə qadın sağlamlığına dair vəziyyət nə yerdədir?
– Qadınlarımızın reproduktiv sağlamlığı məni qane etmir, niyə? Əvvəla sonsuzluq artdığı üçün. Bu gün cütlüklərin 16-17% sonsuzdur. Sonsuzluğun yaradan səbəblər içində ilk yerləri abortlar və ginekoloji müdaxilələr tutur. Xüsusən də, keysəriyyə metodu, ginekoloji əməliyyat və “qaşımalar”.

– Keysəriyyə əməliyyatını qeyd etdiniz. Necə oldu ki, bu üsul belə populyarlıq qazandı? Axı yaxın keçmişə qədər bu əməliyyatların sayı çox məhdud idi və yalnız mütləq göstəriş olan halda həyata keçirilirdi.
– Bu üsulun təbliğatı hələ 70-ci illərdə başlanmışdı və deyilirdi ki, SSRİ xarici dövlətlərdən bu sahədə çox geri qalır. “Axı bu metod sovetlər ölkəsində niyə də populyarlaşmasın?” deyib, ovaxtkı səhiyyə çinovnikləri keysəriyyənin geniş yayılmasına icazə verdilər, özü də heç bir tibbi göstəriş olmadan. Necə deyərlər, qadın doğuş aktının ağrısız keçməsini istəyirsə, buyursun keysəriyyə əməliyyatına. İndi vəziyyət o yerə çatıb ki, az qala hər dörd doğuşdan biri bu metodla həyata keçirilir.

– Səbəb nədir?
– Bəzi təcrübəsiz həkimlər özlərini ağır doğuşlardan sığortalamaq üçün keysəriyyə əməliyyatına üstünlük verirlər. Burada söhbət həm də kommersiya faktorundan gedir.

– Deyirlər, doğuşun uğurlu keçməsi çox vaxt qadının özündən asılıdır. Məsələn, əgər o, dünyaya təbii yolla uşaq gətirməyə köklənibsə, əksgöstəriş olsa belə, doğuş uğurla keçəcək. Bu, həqiqətən belədirmi?
– Bəzi misallar gətirəcəyəm. Ağır epilepsiyası olan qadına doğuş qəti əksgöstərişdir, lakin bir qadın həkimlərin sözü ilə razılaşmamış və dünyaya sağlam uşaq gətirmişdi. Elə olub ki, tək böyrəkli qadın təbii yolla uşaq dünyaya gətirib. Səhv etmirəmsə, Rusiya şəhərlərinin birində 43 yaşlı, insult keçirmiş, hipertoniyası olan, qanda antitellər yaranmış “mənfi rezus”lu qadın sağlam qız övladının anası olub. Lakin bu, o demək deyil ki, patologiyası olan hər qadın təbii yolla doğuş edə bilər. Tövsiyə edirəm ki, ağır fəsadların qarşısını almaq üçün xanımlarımız həkim məsləhəti ilə razılaşsınlar.

– Bəs keysəriyyə əməliyyatı qadının sağlamlığına necə təsir göstərir?
– Keysəriyyə əməliyyatından sonra müxtəlif ağırlaşmalara rast gəlinir. Bəzən qadınlar tikişlərin sökülməsindən ehtiyatlanıb ikinci doğuşdan çəkinirlər. Ağırlaşmalardan danışarkən bitişmə proseslərinin pozulmasını və bunun nəticəsi olaraq sidik kisəsi disfunksiyasını, sonsuzluq və ya uşaqlıqdankənar hamiləliyi misal gətirmək olar. Yeri gəlmişkən, endometriozu da qeyd etmək istərdim, belə ki, bu patologiyadan əziyyət çəkən qadınların sayı artıb.

– Keysəriyyə əməliyyatına üstünlük verən xanımlara tövsiyəniz?
– Əlbəttə uşaqlar təbii yolla doğulsalar yaxşı olar. Bu təbiətin qanunu olub, həm qadın orqanizmi, həm də uşaq üçün faydalıdır. Lakin bəzi patologiyalar zamanı çıxış yolu yalnız keysəriyyə əməliyyatıdır. İstənilən halda, doğuşun hansı metodla həyata keçirilməsi barədə son qərarı həkim verməlidir.

(səs: 0)
Şərhlər: 7
Baxılıb: 246
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Offline
vipbetul
keyseriyye usulu daha asandi
13 iyul 2019 09:55
7
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Offline
BakılıQız
Normal dogus yaxsidi. Keyseriyye ona gorediki,qadin dogusu ede bilmese,problemleri olsa
13 iyul 2019 07:31
6
Offline
_Mrs_
Diqqət! Sizdə gizli mətnin baxışı üçün hüquq yoxdur.
13 iyul 2019 00:39
5
Səni çooxx sevirəm heartƏsgərimheart
Offline
♡ES♡
Tebi doguw bunan qabag emeliyatnan uwag olmay variydi doguwda butun beden temizlenir emeliyatda ezyetin cekirsen ne qeder
12 iyul 2019 23:01
4
Sevmək asan oldugu kimi, unudmagda asan olur zamanla...O:-)
Offline
Ürek
Hec bir mecburiyyet olmadigi surecde elbetdeki tebii dogus,men ozum keyseriyye yoluyla usaq dunyaya getirmisem,cox sukur hec bur narahatciliqim yoxdu
12 iyul 2019 19:05
3
Offline
diablo
Əlbəttə ki,təbii doğuş.Mənim fikrimcə hər bir qadın normal doğuşa üstünlük verməlidir.Təbii ki,sağlıq imkan verdiyi zaman.Doğuş qadın sağlamlığı üçün önəmlidir.Maraqlı xəbər oldu.Təşəkkürlər
12 iyul 2019 18:32
2
Perfect
Offline
Marsell
Keyseriyye bişey deyile hele ezabın çekirem hele tebikii tebii doğuş
12 iyul 2019 18:28
1

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınla.Com həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 

Qadın testləri