Pilatesin 6 əsas prinsipi

Müəllif: Sweet Candy
Şərhlər: 3
Baxılıb: 2 130
Səs ver:
(səs: 0)
Nəfəs
Pilatesdə ümumi qayda olaraq, nəfəs almaq hərəkətə başlamazdan əvvəl və nəfəs vermək isə hərəkəti yerinə yetirdiyiniz zaman həyata keçirilir. Doğru nəfəs almağın bir çox müsbət təsirə malik olduğu artıq elmi araşdırmalar vasitəsilə də öz təqsidiqini tapmışdır.

Kontrol
Hansısa bir pilates məşqində gözlənilməz və ya əvvəlcədən planlanmamış hərəkətlərin heç bir açıqlaması ola bilməz. Burada özfərqindəlik, yaranabiləcək yaralanmaların qarşısını alacaq fövqəladə xüsusiyyət mövcud olmalıdır

Axıcılıq
Bütün pilates təlimləri zərif və axıcı bir şəkildə irəliləməlidir. Hər hansısa bir texnika arasındakı keçiş müddətində belə, nəfəsin və əzələlərin aktiv olduğu, zehnin kəskinliyinin qorunduğu gözləyiş halı mövcud olmalıdır.

Həssaslıq
Hər bir məşq seti, ideal düşüncəyə ən yaxın halı ilə reallaşdırılmağa çalışılmalıdır. Cozefin dili ilə desək bütün məşqlər “haqqını ödəyərək” açıq cizgiləri sərgilənmiş halda yerinə yetirilməlidir.

Mərkəz
Hər bir məşq “güc evi” (ing: powerhouse) deyilən nöqtədən yəni mərkəzdən başlamalıdır və bədənin çəpərinə qədər axmalıdır. Balans və güc, buradakı başlıca açar sözlər olaraq qalır.

Konsentrasiya
Fokuslanma, özfərqindəlik… Diqqətinizi dağıdan hər hansı bir faktorun zehnə təsir etməsinə fürsət verilməməlidir. Hər hərəkət məqsədinə çatmalı və forması bir əvvəlkindən daha yaxşı olacaq tərzdə reallaşdırılmalıdır. Bəzi şəxsləri vacib olan motivasiyanı əldə etmək üçün təlimlər əsnasında musiqinin sehirli səsinə qulaq verməyi üstün tuta bilərlər.
(səs: 0)
Şərhlər: 3
Baxılıb: 2 130
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri