Pilatesin 8 faydası

Müəllif: Sweet Candy
Şərhlər: 3
Baxılıb: 2 101
Səs ver:
(səs: 0)
Pilatesə başlamazdan əvvəl nəfəs alış-verişinizi qaydasına salmaqla bağlı qısa bir təlim almalı və qarın əzələlərinizi necə çalışdırmaq lazım olduğunu öyrənməlisiniz. Bu iki vacib məqam üçün pilates müəllimlərimizdən professional yardım ala bilərsiniz.

1 – Yüzlərlə məşq hərəkəti
Pilates alətləri ilə 100-dən çox məşq hərəkəti edilməkdədir. Bu hərəkətlərin hamısı həm zehni, həm də fiziki olaraq inkişafınıza faydalıdır.

2 – Yerin cazibə qüvvəsinə qarşı gəl!
Yatılı vəziyyətdə tətbiq edilən məşq hərəkətlərində yerin cazibə qüvvəsi səbəbilə bəzən çətinlik çəkilə bilir. Pilates alətləri yerin cazibə qüvvəsinin təsirini azaldaraq bu tip hərəkətlərin daha rahat tətbiq edilməsini təmin etməkdədir.

3 – Həmişəkindən daha yüngül hiss edin!
Məşqlər bədən ağırlığından istifadə olunaraq tətbiq edildikdə, oynaqlarınıza ağırlıq yüklənir. Ancaq pilates alətləri bu yükü üstlənərək, oynaqlarınıza düşən ağırlığı yüngülləşdirir.

4 – Alt qarın əzələlərinizi sərtləşdirir
Pilates, pelvic mərtəbə əzələlərini və alt qarın əzələlərini gücləndirir. Xüsusilə, övladınızı dünyaya gətirmə prosesindən sonrası üçün tövsiyyə edilən pilates, fit görünüşünüzü sizə yenidən qazandırır. Sallanan qarın dərisindən bezmisinizsə artıq kefinizi pozmağa ehtiyyac yoxdur, sadəcə hərəkətə keçib tezliklə nəticə əldə edə bilərsiniz.

5 – Bel ağrılarınıza ideal həllər
Pilates, onurğanızı dəstəkləyən əzələləri gücləndirdiyi üçün duruşunuz öz normal formasını geri qazanır. Avtomatik olaraq keçmiş mənfi alışğanlıqlarınızdan qurtulmuş olursunuz. Boyun, çiyin və bel əzələlərinizi hərəkətə gətirdiyi üçün bel və boyun yırtıqları olma riskini minimuma endirir.

6 – Yenilenmə hissi
Doğru nəfəs aldığınız zaman, əzələlərinizdəki gərginlik azalmağa başlayır. Əzələ gərginliyi çeşidli tutulmalara səbəb olduğu kimi halsızlıq hissi də yarada bilir. Pilatesi tətbiq etməklə, şəxslər nəfəsin düzgün idarəedilməsi təhsilini də almış olur, yenilənir və canlanırlar.

7 – Tarazlıq və güc
Məşq hərəkətləri, bədənin müəyyən qismlərini hərəkətə gətirir, pilates isə əzələ sistemində tarazlığı qorumağı hədəfləyir. Bədəninizin bəzi hissələrində olan əzələlərin gücsüz olduğunu düşünürsünüzsə vaxt itirmədən Basi Pilates Mərkəzinə yaxınlaşa bilərsiniz.

8 – Öz bədəninə hakim ol
Zehnin və bədənin bir-birilə sıx əlaqə halında olmaları və uyumlu çalışmaları vacib göstəricidir. Hərəkətsizlik və sağlam olmayan yaşam tərzi aralarındakı sıx əlaqəni zədələyir, bədəninizin oyaqlığını itirməyinizə səbəb olur.

Zehin və bədən arasındaki əlaqənin varlığını təsdiqləyən təcrübələr mövcuddur. Beyindən gələn siqnallar, sinir yolları vasitəsilə orqanlara çatır və onlara nəzarət edir. Nəticə etibarilə olan hərşey beynimizin içində cərəyan edir. Pilates, bədənin oyaqlığını artıraraq zehinlə aralarında olan əlaqəni yenidən gücləndirir. Adaptasiya və konsentrasiya qabiliyyətlərinizi inkişaf etdirir, zehniniz və bilavasitə bədəniniz stresdən azad olur.
(səs: 0)
Şərhlər: 3
Baxılıb: 2 101
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri