Hansı idman növünə neçə yaşından başlanılmalıdır?

Müəllif: Sweet Candy
Şərhlər: 3
Baxılıb: 2 110
Səs ver:
(səs: 0)
Müasir həyatımızın ən böyük problemi hərəkətsiz yaşamdır. Saatlarla televizor və komputer arxasında əyləşərək uşağların səhhətinə ciddi zərər dəyir. İlk öncə görmə qabiliyyəti zəifləyir, onurğa sütununun düzgün inkişafi pozulur, oynaqlarda duz yığılması, baş ağrıları, yorğunluq, çəki artımı kimi problemlər yaranır. Buna görə də valideynlər övladlarını erkən yaşlarından etibarən oturaq həyat tərzindən aktiv həyat tərzinə doğru yönləndirməlidir.

Hər bir valideynin arzusudurki övladını daima sağlam və gümrah görsün. Uşağlarınızın sağlamlığını təmin etmək üçün onların idman ilə məşğul olmasına yardımçı olmalısız. İdman uşağların fiziki və mənəvi inkişafına yardımçı olan bir həyat tərzidir. İdman ilə məşğul olan uşaqlar özlərinə inamlı və cəsarətli olur, özlərinə yeni dostlar qazanmaq imkanına sahib olurlar.

Bəs uşağların hansı idman növü ilə məşğul olmağı məsləhətlidir?

Uşağlar üçün ən uyğun idman növü onların sevdikləri idmandır.

İdman seçimində ən əhəmiyyətli nöqtə onların fiziki və mənəvi cəhətdən seçilmiş idman növünə hazır olmalarıdır. Fiziki cəhətdən idmana hazır olan uşaq zehni cəhətdən buna hazır olmaya bilər. Və yaxud əksinə.

Hansı idman növünə neçə yaşından başlanılmalıdır?

3-4 yaşda idman.

Bu yaşda uşağlar xüsusi elastikliyə sahib olurlar. Heç bir narahatçılıq olmadan övladlarınızı üzgüçülük, bədii gimnastika, rəqs məşqlərinə yazdıra bilərsiniz.
Həmçinin 4 yaşdan etibarən uşağlar şaşki və şaxmat dərslərində iştirak edə bilər. Bu onların məntiq və qavrama qabiliyyətini inkişaf etdirəcək.

5-6 yaşda idman.
Bu yaşda uşaq tez reaksiya verə bilmək bacarığına sahib olur. Futbol, aikido, yüngül atletika, və idman rəqsləri kimi idman növlərini seçə bilərsiz.

7-8 yaşda idman.
Kiçik idmançılar artıq güc, cəsarət, çeviklik və komanda ruhu kimi xüsusiyyətləri özlərində göstərməyə qadirdilər. Futbol, ​​voleybol, basketbol kimi komanda şəklində oynanılan idman növləri həmçinin karate, boks bu yaş dövrünün ən gözəl seçimidir.

10 yaşdan yuxarı.
Artıq velosiped, xizəkçilik, qılınc oynatma, ağır atletika kimi idman növləri ilə məşğul olmağın vaxtı gəlib çatır.

Bütün bunlar əlbətdə ki təxmini rəqəmlərdirlər. Təlimçilər uşağlaın fiziki hazırlığına və sağlamlığına üstünlük verirlər.

Siz valideynlər övladlarınızın qarşısına yüksək məqsədlər qoymaq əvəzinə onlara daima mənəvi dəstək olmalısız. Bu zaman övladınızın nailiyyətləri daha çox olar, gələcək həyatlarında uğur qazanmasına nail ola bilərsiz!
(səs: 0)
Şərhlər: 3
Baxılıb: 2 110
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri