Özünüzü masaj etmək üçün istifadə edə biləcəyiniz ev əşyaları

Müəllif: emis
Şərhlər: 4
Baxılıb: 3 484
Səs ver:
(səs: 1)
Bəzən hansısa xəstəlik səbəbilə, bəzən sadəcə rahatlamaq üçün edilən masaja demək olar ki hər insanın ehtiyacı var.

Ancaq hər zaman masaj etdirmək mümkün olmur. Sizi masaj edəcək kimsə olmadıqda evinizdə olan bəzi əşyalarla özünüz özünüzü olduqca gözəl masaj edə bilərsiniz. Bunlar hansılardır?

Kapron corablar – çiyin və boynunuz üçün kapron corablardan gərilmə rezini kimi istifadə edə bilərsiniz.

Tenis topu – ayaqüstdə çox qalmaqdan və ya çox gəzməkdən qaynaqlanan ayaq ağrıları üçün tenis topunu ayağınızın altına qoyub irəli-geri oynadın.

Bir corabın içinə tenis topu kimi sərt topları qoyub masaj aləti kimi də istifadə edə bilərsiniz.

Su şüşəsi – su dolu şüşəni soyuducuda saxlayıb ayağınızla əzin. Ayaq ağrısına yaxşı təsir edir.

Tərəvəz paketləri – əzələ ağrısı üçün soyuducuda olan noxud kimi tərəvəzlərin paketlərindən qoyaraq soyuq kompres kimi istifadə edə bilərsiniz.

Oxlov- arxa ayaqdakı əzələ ağrıları üçün oxlovu hərəkət etdirərək masaj edə bilərsiniz.

 

 

 

(səs: 1)
Şərhlər: 4
Baxılıb: 3 484
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri