Həftədə neçə dəfə idmanla məşğul olmalısınız?
İdman
etmək ürək xəstəlikləri, təzyiq və diabet kimi xəstəliklərdən bizi
qoruyur. Artıq çəki itirməyimizə kömək olur, immun sistemini
gücləndirir.
Sağlamlıq üçün həftədə 3 gün 30-35 dəqiqə, kilo atmaq üçün isə 4 gün 45 dəqiqə idman etmək lazımdır.
Artıq çəki itirmək üçün yürüyüş edin.
Artıq
çəki itirmək üçün ən azı 15-20 dəqiqə idman edin. Ən idealı isə orta
templə 45-50 dəqiqə yürüyüş etməkdir. Maddələr mübadiləsini
gücləndirdiyi üçün yürüyüşlə bərabər yürüyüş və qaçışla bərabər ağır
qaldırılması da tövsiyyə edilir. Plansız edilən idman xeyirdən çox zərər
verir. Buna görə də idmanı həftədə 3-4 dəfə edilməlidir. Əgər məqsəd
çəki itirməkdirsə qaçış və üzgüçülüklə mütləq məşğul olmalısınız.
Ac qarnına idmanla məşğul olmaq olmaz.
Səhər
idmanla məşğul olursunuzsa, mütləq səhər yeməyi yemək lazımdır. Səhər
yeməyindən 2 saat sonra idmanla məşğul olmaq lazımdır. Vaxt probleminə
görə yuxudan qalxdıqdan sonra 1 saat ərzində idmanla məşğul
olmalısınızsa, bir az karbohidrat, kişmiş, 2-3 quru ərik, 2-3 qoz yemək
lazımdır.
Günorta
idman edənlər üçün səhər yeməyi mütləqdir! Səhər yeməyində buğda
çörəyindən hazırlanan pendirli sendviç, pomidor və xiyar yaxşı seçim ola
bilər.
İdmandan
bir saat qabaq süd ilə meyvə, yogurt və ya meyvə ilə qəlyanaltı edə
bilərsiniz. İdmana axşam işdən sonra gedirsinizsə sendviç və meyvə
şirəsi yeməyiniz məsləhətdir. İdmana ac getdiyiniz zaman daha çox enerji
sərf edirsiniz. Bu da sizin idmandan sonra daha çox yemək yeməyiniz
deməkdir.
İdmandan sonra banan və pomidor şirəsi.
İdmandan
sonra banan və pomidor şirəsi içməyiniz məsləhətdir. E vitaminini
qarşılamaq üçün 10-15 fındıq və ya badam yeməlisiniz.
İdmandan gec çıxmısınızsa axşam yeməyi yeməyiniz mütləqdir. (9-dan sonra). Bu sendviç və meyvə şirəsi ola bilər.
İdman etdiyiniz zaman isə 1 stəkan su içməlisiniz.