Bədən tipinizə uyğun idman edin

Müəllif: Pure Love
Şərhlər: 5
Baxılıb: 1 949
Səs ver:
(səs: 0)
Alma Tipi Bədən və Pilates
Üst bədənin alt bədənə nisbətlə daha qalın və geniş olduğu, qıçların olduqca incə, bel qıvrımının isə çox olmadığı alma tipi bədəndə rahatlıqla seçilə biləcək olan idman növü pilatestir. Bu bədən tipində bel qıvrımını artırmaq və diyar yağ meydana gəlməsinə maneə törətmək üçün pilates etməyin yanında, incə qıçları bir az olsun qüvvətləndirmək və əzələləndirmək üçün velosiped seçim edilə biləcəyi kimi cross trainning (ecliptic) və üzmə də bu bədən tipinə sahib kəslərdə çox daha tez kilo verməyi və şəkillənməyi təmin edəcək. Ancaq bu idmanları edərkən qalın olan üst bədəni daha incə olan alt bədən daşıdığı üçün həssas olan oynaqları məcbur etmədən etməyə ayrıca diqqət göstərmək lazımdır.

Armud Tipi Bədən və Qaçış
Alt bədənə nisbətlə daha incə bir üst bədənin olduğu armud tipi bədəndə dar çiyinlər, qövslü bel və geniş omba-basanlar təyin edici xüsusiyyətlərdir. Alma tipi bədənin əksinə armud tipi bədənə sahib olan kəslər velosipedə minməkdən xüsusilə qaçmalıdırlar, çünki velosiped üst qıçları işlətdiyi üçün qıçların əzələlənməsinə və qalınlaşmasına səbəb olmaqdadır. Bu bədən tipində olan kəslər sürətli kilo vermək üçün qaçış ya da templi gediş seçməlidir. Hətta daha sürətli yağ yanmasını təmin edən "sprint qaçış" deyə təbir etdiyimiz 1-2 dəqiqəlik çox sürətli qaçışın ardından aşağı templi qaçış ya da gediş bu bədən tipindəki kəslərin daha asan şəkillənməsinə köməkçi olacaq. Kardiyo ilə birlikdə sadə pilates hərəkətləri, xüsusilə yan yatış mövqesində omba və basanları işlədən hərəkətlər bu bədən tipindəki kəslər üçün çox faydalı olacaq. Üst bədəni qüvvətləndirmək içinsə yüngül ağırlıqlar və şınav seçim edilə bilər.

Qum Saatı Tipi Bədən və İdarəli İdman
Balanslı alt və üst bədənin yanında geniş çiyinlərin və qıvrımlı bir belin təyin edici olduğu "Qum saatı" deyə təbir edilən bədən tipinə, ən şanslı bədən tipi olaraq adlandırıldığını söyləyə bilərik. Bu qrupdakı kəslər ümumiyyətlə atladıq bir görünüşə sahibdirlər, ancaq idarəli bir şəkildə idman etməzlərsə bu bədən tipini çox tez itirə bilərlər. Alt və üst bədən balanslı olduğu üçün hər cür kardiyo məşqi,qaçma, üzmə, velosiped, rəqs kimi idman və məşqlər onlar üçün uyğundur. Bu bədən tipinə sahib olan kəslərdə üst kürək bölgəsində asanca yağlanma və iri sinələrdən ötəri kürək ağrılarına rast gəlinə biləcəyi üçün kürək əzələlərinin əsnəmə bantlarıyla ya da ağırlıqlarla qüvvətləndirilməsi təklif edilər.

Düzbucaqlı Tipi Bədən və Sərbəst İdman

Balanslı üst və alt bədənin yanında, uzun qol və qıçlarla müəyyən naməlum bir bel qövsünə sahib olan bu bədən tipindəki kəslər ümumiyyətlə arıqdırlar. Dilədikləri kardiyo məşqi onlar üçün uyğundur. Düzbucaqlı tipi bədənə sahib olanlar xüsusilə çiyin və omba məşqlərinə yönələrək onları qüvvətləndirərək, şəkilləndirə bilər və nəticədə də bel qıvrımının daha çox ortaya çıxmasını təmin edilə bilər. Beləliklə çox daha şəkilli bir bədənə sahib ola bilərlər.
(səs: 0)
Şərhlər: 5
Baxılıb: 1 949
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri