Qum saatı formasına salan hərəkətlər

Müəllif: Pure Love
Şərhlər: 7
Baxılıb: 2 897
Səs ver:
(səs: 0)
1. Ayaqlarda və beldə ağrıların azalması
Çoxları ayaq əzələlərinə laqeyd yanaşırlar. Bu zaman ayaqlarda və beldə ağrılar yaranmağa başlayır. Xüsusi ilə, oturaq işdə çalışan insanlarda bu ağrılar getdikcə daha da şiddətlənir və intensivləşir. Körpü hərəkəti ayaqların arxa hissəsinin əzələlərini hərəkət etdirdiyindən əzələləri gücləndirib ağrıları aradan qaldırır.

2. Sürətlə yeriməyə kömək edir
Bu hərəkət bud əzələlərini möhkəmləndirdiyi üçün daha sürətli qaçmağa və tullanmağa imkan verir. Dolayısı ilə daha çevik hərəkət edib, daha az yorulacaqsınız.

3. Geyim üzərinizdə daha yaxşı görünəcək
Möhkəm ayaq əzələləri istənilən halda mükəmməl görünür. Ona görə də dar və qısa geyimlərin əyninizdə gözəl görünməsinə kömək edəcək. Körpü hərəkəti yüksək nəticə əldə etməyinizə imkan verəcək.

4. Qarın əzələlərini gücləndirir
Bu hərəkət bütün qarın əzələlərini hərəkətə gətirərək qarın nahiyəsinin düzləşməsinə, güclü əzələlərin yaranmasına və orqanizmin qum saatı şəklini almasına kömək edir.

5. Qamət düzləşir
Uzun müddət ayaqüstə hərəkətsiz dayandıqda, ayaqlara böyük yük düşür. Körpü hərəkəti isə bud əzələlərini möhkəmləndirir, qaməti düzləşdirir.
(səs: 0)
Şərhlər: 7
Baxılıb: 2 897
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri