Fitnes haqqında 10 mif

Müəllif: YalniZ-ArZu
Şərhlər: 2
Baxılıb: 2 794
Səs ver:
(səs: 1)
Hamımız idman barədə çox şey bilirik. Ən azından bildiyimizi düşünürük. Məsələn, məlumdur ki, idman stresin öhdəsindən gəlməyə, artıq çəkidən qurtulmağa və özünü daha yüksək qiymətləndirməyə yardım edir. Lakin idman ətrafında müxtəlif miflər dolaşır, bunlardan ən geniş yayılanlarını məqalədə nəzərdən keçirəcəyik.

Mif 1. Səhər məşq etmək daha yaxşıdır. Bu tam olaraq doğru deyil. Sadəcə məşqi təxminən eyni vaxtda başlamağı bir qayda kimi qəbul edin. Hər gün orqanizmə heç olmasa minimal fiziki yük verməyi vərdiş edin. Bəziləri üçün bu səhər parkda qaçmaqdır, bəziləri üçünsə axşam məşq etməkdir.

Mif 2. Bədəni tonusda saxlamaq üçün həftədə 1-2 dəfə məşq etmək kifayətdir. Mütəxəssislərin fikrincə, nəticəyə nail olmaq üçün fitnes zalına həftədə ən azı 3 dəfə getmək lazımdır. Əlbəttə, rejiminiz imkan verirsə, hər gün məşq etmək ideal olardı. Lakin siz trenajor zalını adi gəzinti ilə də əvəz edə bilərsiniz.

Mif 3. Sərbəst çəki ilə məşqlər piyi əzələyə çevirməyə yardım edəcək. Qantellərlə məşq etməyi sevirsinizsə, bu o demək deyil ki, kiloqramlar daha tez yox olacaq. Lakin qantellərlə məşq etməklə əzələ kütləsini artırmaq olar. Məqsədiniz piydən qurtulmaqdırsa, bu işdə sizə xüsusi düzgün qidalanma yardım edəcək. Əmin olun ki, axşam çox miqdarda arzuolunmaz qida qəbul edib səhər məşqində artıq çəkidən qurtula bilməyəcəksiniz. Arıqlamaq üçün düzgün qidalanın.

Mif 4. Məqsədiniz düz qarına nail olmaqdırsa, oturub durma hərəkətlərini edin. İdeal presə nail olmaq üçün bütün əzələləri məşq etdirmək lazımdır. Oturub durma hərəkətini edirsinizsə, qarın əzələlərini işlədirsiniz. Məsələn, çəkinmə hərəkəti zamanı isə bir neçə əzələ qrupu işləyir.

Mif 5. Güc məşqləri kişilər üçündür. Əgər siz güc məşqlərinin fanatısınızsa, hansı cinsin nümayəndəsi olmağınızın fərqi yoxdur. Lakin qadın orqanizmində testosteron az miqdarda ifraz olunur, bu da əzələ kütləsinin yığılmasına təsir edə bilər.

Mif 6. Bir neçə həftə məşq etməsəniz, bədən forması itir. Mütəxəssislər deyirlər ki, bəzi insanlarda bədən forması məşqsiz artıq bir həftə sonra itir.

Mif 7. İdmançılar üçün xüsusi içkilər qəbul edin. Bəzi içkilərin tərkibi adi şəkər və sudan ibarətdir. Bu cür içkinin alternativi adi proteindir. Məhz protein məşqlərdən sonra əzələlərin bərpa olmasına yardım edir.

Və sonuncu mif. Məşqə nə qədər çox vaxt sərf etsəniz, bir o qədər yaxşıdır. Fiziki yükdən sonra bədənə dincəlmək üçün vaxt lazımdır. Fitnes zala hər gün getsəniz, həddindən artıq yorğunluq hiss edəcəksiniz. Həmçinin əzələlərin bərpası üçün zaman olmayacq. Hər şeyin qədərini bilmək lazımdır.
(səs: 1)
Şərhlər: 2
Baxılıb: 2 794
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri