Iş yerində edə biləcəyiniz gimnastik hərəkətlər

Müəllif: YalniZ-ArZu
Şərhlər: 7
Baxılıb: 2 229
Səs ver:
(səs: 1)
Bu məqalədə təqdim etdiyimiz gimnastik hərəkətlər sizə iş yorğunluğunu atmaqda yardımçı olacaq.Onları hətta iş yerini tərk etməmiş də etmək olar....BAŞLAYAQ.

1.Düz oturun,belinizi dikeldin.Çiyinlərinizlə irəliyə doğru dairəvi hərəkətlər edin,sonra eyni hərəkəti arxaya doğru təkrarlayin.

2.Düz oturaraq,başınızı sağ çiyninizə doğru əyin,sonra sol çiyninizə doğru.(çiyinləri qaldırmağa ehtiyac yoxdur).Bu hərəkətləri 10 dəfə təkrar edin.Edərkən isə boyun əzələlərinizi maksimal dərəcədə işlədin.Sonra gözlərinizi yumaraq başınızla da bir neçə dairəvi hərəkət edin.2-3 dəfə bir istiqəmətə,eyni sayda da digər istiqamətə.

3.Stulda oturaraq,əllərinizin barmaqlarıni carpazlayin,belinizi önə doğru əyərək,əllərinizi də bacardıqca irəli uzadın.5-6 dəfə təkrar edin.

4.Oturaq vəziyyətdə,ayaqlarınızı uzadın və ayaq pəncənizi özünüzə doğru əyin.Beləcə baldır əzələlərinin də hərəkətinə səbəb olacaqsınız.Sonra yenə ayaqları yığın.6-8 dəfə təkrarlayın.

5.Bir neçə dəfə yumruğunuzu bərkdən yumub açın,sonra biləklərinizi hərəkətə gətirin,sonra çiyinlərinizi də bu cürə hərəkət etdirin.

6.Stuldan qalxın və düz durun.Əllərinizi belinizə qoyun,onurğanizi arxaya doğru əyin (15 saniyəlik) və dərindən nəfəs alin.Sonra əvvəlki vəziyyətinizə qayıdıb nəfəsinizi buraxın.Bu hərəkəti də 10 dəfə təkrarlayin.
(səs: 1)
Şərhlər: 7
Baxılıb: 2 229
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri