Kökəlməyin ən sadə üsulları

Müəllif: Sweet Candy
Şərhlər: 6
Baxılıb: 2 223
Səs ver:
(səs: 1)
Düzgün olmayan, rejimsiz həyat tərzi, yuxusuzluq, stress, ifrat dərəcədə fiziki və zehni yüklənmə arıqlamağa səbəb olur.

"Kökəlmə pəhrizinə başlamazdan əvvəl həkimlə məsləhətləşsəniz, yaxşı olar. Çünki bağırsaqlar, həzm sistemi problemləri və qurd xəstəlikləri kökəlməyə mane olur. Bunu aradan qaldırdıqdan sonra pəhrizə rahat başlaya bilərsiniz. Qidalanma rejimindən əvvəl gündəlik fəaliyyət proqramınızın cədvəlini tutun – vaxtında yatın, səhər tezdən oyanın, stressdən, mənfi emosiyalardan uzaq durun, əlavə işlərlə özünüzü yormayın, tənbəllik və laqeydlik hissindən uzaq durun. Proporsional kökəlmək üçün mütəxəssislə birgə fitnes proqramı üzrə məşq edin. Belə məşqlər bədəni ümumi formaya salır, piylənmədən qoruyur. Orqanizmin mineral-vitamin balansını normada saxlamaq üçün kompleks həblər qəbul edin.

Tez hazırlanan, ayaqüstü fast-fud yeməklər kökəlmək üçün əlverişli çıxış yolu deyil. Bu cür qida növləri dadlı olsa da, orqanizm tərəfindən tam mənimsənilmir, böyük faizi piy şəklində budlarda, bel-qurşaq və qollarda toplanır. Günlük qidalanma rasionu kiçik porsiyalar olmaqla 5-6 dəfəyə bölünməlidir. Başqa sözlə, sutkada 5-6 dəfə kiçik porsiyalarla buna əməl etməlisiniz:

1. Hər gün təzə sağılmış inək südü için.

2. Qara və pəhriz çörəyi əvəzinə ağ çörək yeyin.

3. Səhərlər süfrənizdə düyü, buğda və yulaf sıyıqları olsun.

4. Rasionda kişmiş və ərik qurusu bol olmalıdır.

5. Bol su içmək vacibdir.

6. Toyuq, dana və balıq ətindən hazırlanan yeməklərə üstünlük verin. Bunlardan ən yaxşıları tabaka, steyk, basdırma kababı, barbekyu və qaynadılmış ətdir.

7. Yançaqları çox arıq olan qızlar hər gün bol miqdarda qovrulmamış fındıq yesələr, keyfiyyətli nəticə əldə edərlər.

8. On ədəd badam və bir xörək qaşığı kişmişi xırdalayın, bir fincan süddə qarışdırın. Gündə 2 dəfə – səhər və axşam isti-isti için.

Çəki artıran menyu:
Səhər – müsli, yaxud yulaf sıyığı, qoz-fındıq, bal, südlü qəhvə, yağ-pendirli dürmək.

İkinci səhər yeməyi – bulyon (ət suyu), qaynadılmış yumurta, dürməklə çay.

Nahar – ət şorbası, qaynadılmış yaxud pörtülmüş ət tikələri ilə düyü, steyk, xamalı tərəvəz salatı.

İkinci nahar – kefir, maye yoqurt, peçenye yaxud çörəklə süd.

Şam – şəkərli, meyvəli süd sıyığı, peçenye yaxud dürməklə yaşıl çay".
(səs: 1)
Şərhlər: 6
Baxılıb: 2 223
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri