Kökəlmək istəyənlərə şad xəbər

Müəllif: Mr. OffiCeR
Şərhlər: 7
Baxılıb: 17 218
Səs ver:
(səs: 3)
Bu gün insanlar daha çox artıq çəkidən və piylənmədən əziyyət çəkir. Daim müxtəlif pəhrizlər tapır, kor-koranə onlardan istifadə edirlər. Lakin günümüzdə kökəlmək istəyənlərin də sayı az deyil. Bəziləri fikirləşir ki, çox yeməklə kökəlmək olur. Bu səhv fikirdir. Həkimlər kökəlmək üçün aşağıdakıları məsləhət görür:
1. Çox yemək lazım deyil, az-az, tez- tez qidalanmaq
2. Əsəb gərginliyindən uzaq olmaq
3. Tez-tez istirahət etmək
4. Müxtəlif idman məşqləri etmək
İnsanın kökəlməməsinin səbəbləri:
Əgər insanın istifadə etdiyi enerji, qazandığından çoxdursa, siqaret çəkirsə (yeməklərin dadını və qoxusunu ala bilmir nəticədə iştahsızlıq yaranır), bağırsaqlarında qurd varsa, stress, depresiyadan əziyyət çəkirsə kökəlmək çətinləşir. İştahsızlıq yarandığı təqdirdə insan ac olsa da beyninə toxluq siqnalları göndərilir. Əsəb gərginliyi də çəkinin artmasına mane olur. Çox uzun sürməyən və yorucu olmayan idman məşqləri etmək lazımdır.
Alkoqol, kofe, çay, siqaretin istifadə nisbəti minimuma çatdırılmalıdır. Bunların hamısı, iştahanı azaldır və maddələr mübadiləsini yüksəldir.
Sağlam şəkildə kökəlməyin yolları:
Kökəlmək üçün nizamsız qida qəbulunu dayandırmaq, hər gün 3 əsas, 3 ara yemək yemək, yeməkdən öncə idman etmək , gəzmək, qaçmaq lazımdır. İdman həm iştahı açır, həm də sağlam kökəlməyə kömək edir. Süd və süd məhsulları, ət və ət məhsullarına üstünlük vermək, qəbul edilən karbohidratın miqdarını artırmaq, içkiləri yemək zamanı deyil, qida qəbulundan ya 30 dəqiqə öncə, ya da sonra içmək, təzə meyvə sularına üstünlük vermək, yeməkdən sonra şirniyyat qəbul etmək, fındıq, fıstıq, badam, qoz və sairə yemək kökəlməyə kömək edir.
Qeyd edək ki, həddindən artıq yağlı və zülallı maddələr qəbul etmək qaraciyərinizin sıradan çıxmağına səbəb ola bilər.
(səs: 3)
Şərhlər: 7
Baxılıb: 17 218
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri