Sağlam şəkildə kökəlmək istəyənlərə təkliflər

Müəllif: Mr. OffiCeR
Şərhlər: 8
Baxılıb: 3 486
Səs ver:
(səs: 1)
Arıtq çəkiyə sahib olmaq qədər az kilolu olmaq da bəzi sağlamlıq problemlərinin ortaya çıxmasına səbəb ola bilir. Buna görə bir şəkildə ideal kiloya çatmaq və sağlam həyat mövzusunda əmin addımlar atmaq lazımdır.

Zəifliyi təyin edərkən adamın bədənindəki yağ nisbətinə baxırıq: əgər bədəndə yağ nisbəti qadınlarda 9-10 kq-dan az, kişilərdə 7-8 kq-dan azdırsa,buna zəif adı veririk. Yağ nisbətiniz bu dəyərlərdə, hətta daha da azdırsa, əvvəlcə səbəbləri təsbit edilməlidir;

- Aldığınız kaloridən daha çoxunu sərf etmək
- Endokrin sistemlə əlaqədar bir narahatlığın olması
- Bəzi mineral əskikliyi
- Nəcisdə parazit olması

Əgər hər hansı bir sağlamlıq probleminiz yoxdursa, kilo artımı üçün qidalanma vərdişlərinizin dəyişməsi lazımdır və kilo artımı üçün tezbazar tərzdə bol kalorili yeməklər yeməniz əlbəttə sağlam bir üsul deyil. Bu yeməklərin tərkibində yağ və şəkər nisbəti olduqca yüksəkdir və kökəlməyə çalışarkən sağlamlıq problemləri də meydana gələ bilər. Həmçinin yağlı qidalar toxluq hissinizi də artıracağından iştahınızı azaldacaqdır.

Kilo almanıq üçün aldığınız kalori miqdarını artırmalısınız, amma sağlam qidaların miqdarını da artırın.

- Hər pay istehlak etdiyiniz yeməklərin karbonhidrat, zülal və yağ nisbətləri balanslı olmalıdır, hər qidanı kafi ölçüdə yeməlisiniz.

- Gündə 3 dəfə əvəzinə, mütləq 3 dəfə əsas yeməkləri, 3 dəfə də arada yeməlisiniz.

- Bəslənmənizə sağlam yağları əlavə edin, xüsusilə omega-3 ilə zəngin olan balıq istehlakınızı artırın əgər istehlak edə bilmirsinizsə, vitaminlər alın.

- Arada meyvə və yanında çərəzlər istehlak edin, badam, fındıq, qoz və s.

- Gün ərzində bir yeməkdə zülal istehlak etməyə diqqət edin; toyuq, hind toyuğu, qırmızı ət, paxlalı bitkilər və ya hinduşka əhəmiyyətlidir.

- Əzələ artımını təmin etmək üçün nizamlı məşq də edə bilərsiniz, məsələn ağırlıq qaldıra bilərsiniz, amma gediş, qaçış, velosiped, üzmək sizə daha çox kilo verdirəcək.

- Yeməklərinizi qızartmaq əvəzinə sobada bişirin və ya qazan yeməyi olaraq istehlak edin. Məsələn kartof qızartması sizə sağlam kilo aldırmaz, qaynadıb istehlak edərək də bunu təmin edə bilərsiniz, yalnız boşqablarınızın böyük olması vacibdir.

- Yemək zamanı salat yeməkdən qorxmayın, içərisinə kartof, kök, avakado, qarğıdalı, pendir, çərəzlər qataraq bir az daha kalorisini artıra bilərsiniz.

- Yeməklərinizlə birlikdə çörək istehlakınızı artırın və ya ekvivalenti plov, makaron istehlak edin.

- Şorbalarınıza ət suyu, krem və ya süd əlavə edə bilərsiniz.

- Su istehlakınız əhəmiyyətlidir, amma bunu yeməklərlə birlikdə deyil, yeməklərdən yarım saat əvvəl və ya sonra edin.

- Turşulu içkilər, əlbəttə kalori miqdarınızı artıracaq, amma əsla sağlam bir seçim deyil, onun əvəzinə süd, meyvəli süd, meyvə şirəsi, ayran istehlak etmənizi təklif edirik.

- İstehlak etdiyiniz qidaların kalori miqdarı yüksək olmalıdır, amma eyni zamanda qida dəyəri baxımından da sizin ehtiyaclarınızı qarşılamalıdır.

- Bəzi xəstəliklər nə qədər yemək yesəniz də, kilo almanıza maneə törədə bilər, xroniki bir narahatlığınız varsa, əvvəl bunun müalicəsi və müalicə müddətində bəzi qida dəstəklərindən faydalana bilərsiniz.

Unutmayın, kilo almaq verməkdən daha çətindir, bir az səbirlə və inadla davam edərək bacara bilərsiniz.
(səs: 1)
Şərhlər: 8
Baxılıb: 3 486
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri