Kökəlmək istəyirəm

Müəllif: Pure Love
Şərhlər: 5
Baxılıb: 4 022
Səs ver:
(səs: 1)
Kilo almaq, ən az kilo vermək qədər səy istər və tələb etdiyi xərc əlbəttə daha çoxdur.

Kilo almaq üçün sizlərə bəzi kilo alma üsulları sıraladıq. Ümid edirəm işinizə yarayar.

1 su stəkanı soyuq süd, bir yumurta və bir az da bal (yoxsa bəkməz) qarışdırılıb mikserdən keçirilər və gündə 1-2 dəfə içilər. Bəlkə ilk zamanlar mədə bulandırar amma zamanla öyrəşilər. Öyrəşə bilməsəniz yumurtasızda ola bilər.

Gündə 3 ana pay və 2 də kiçik ara pay şərtdir. Payı qaçırdım sonra kompensasiya edərəm deməyin, nahar edə bilmirsinizsə fındıq, qoz, kişmiş kimi kalorisi yüksək qidaları qəbul edin.

Yeməklərdən dərhal əvvəl və yemək əsnasında su içməyin, içilən su toxluq hissi oyandırar və daha az yemək yemənizə səbəb olar. Yeməklə birlikdə su içmək bəzi kəslər tərəfindən təklif edilsə də bu səhvdir.

Hər vaxt yüksək kalorili qidaları seçin.

Yeməklərdə plov, makaron kimi yüksək karbonhidrat məhsullarını hər vaxt qəbul edin. Bunları bol kərə yağlı seçin.

Hər gün eyni şeyləri yeməyin. Dəyişiklik etsəniz daha iştahla daha çox yeyərsiniz. Bu səbəbdən kilo alacaqsınız

Meyvə suları yüksək kalori ehtiva edər. Xüsusi daha yüksək kalorili içkilərdə vardır. Su yerinə bunları seçin.

Siqareti buraxın. Həm iştahınızı azaldar, həm sağlamlığa zərərlidir.

İştahızı qaçıracaq, kilo almanıza maneə törədəcək gündəlik stresslərdən mütləq uzaq durun, xoşbəxt olmağa çalışın.

Məşq edin. Bir fitness salonuna yazıla biləcəyiniz kimi məşq hərəkətlərini evdə 20 dəqiqə qədər tətbiq edə bilərsiniz. Kürək üstü velosiped hərəkəti, jim çəkmə, yan yatıb yuxarıda qalan qıçınızı açma bağlama, qollarınız üçün ağırlıq iş kimi.. Bu ilk başda sizə kilo verdirəcək bir üsul kimi görünsə də alınan kilolar yağ şəklində bədəndə nizamsız dağıla bilər. Məşq həm bu nizamı təmin edər, həm də sağlamlığınız üçün lazımlıdır.

Sağlam kilo almaq üçün nizamlı bir əzələ forması lazımdır. Buna görə məşq edin və bol zülallı yeməklər qəbul edin. Çünki əzələlər zülaldan edilər. Yumurta, kartof, ət, toyuq, süd, paxla, paxlalılar, fındıq zülal baxımından zəngindir.

Məşq sonrası qandakı karbonhidrat səviyyəsi düşər. Çünki bədən ilk başqa bunları istifadə edər. Ona görə məşq sonrası bu karbonhidratı yerinə qoyun. Unlu məmullar, paxlalılar, kartof, şirinlər, şəkərlər, banan, alma karbonhidratça zəngin qidalardır.

Məşq xarici çox hərəkət etməyin, çox gəzib getməyin.

Kimyon, pul bibər, nanə iştah açan olaraq işə yarayarlar.

Həddindən artıq yağlı yeməyin. Bu həm toxluq hissini uzun müddət təmin edər və sonrakı naharda yeyə bilməz və ya çox az yeyərsiniz həm də xolesterol səviyyəsi artımı üzündən seçilməz.

Ən çox sevdiyiniz yeməklər göz qarşısında olsun. Əlbəttə yüksək kalorili olanlar. Canınız istədikcə bunları qəbul edin.

Təzə və aromalı yeməklər daha çox istehlak etmənizi təmin edər.

Sürətli yeməyə çalışın. Eyni tortu 9 dəqiqədə bitirənlər 646 kalori, 20 dəqiqədə bitirənlərin 579 kalori aldığı müşahidə edilmiş.

Yeməkləri qaynatma deyil, bol yağlı və qızarma şəklində qəbul edin.

Kilo almaq üçün çay və qəhvədən uzaq durun. Çay, qəhvə iştahı azaldar. Az qəbul edin və qəbul edincə bol şəkər istifadə edin.

Ayrıca bir araşdırma nəticəsinə görə yüksək işıq iştahı bağlayır və ya qaranlıq mühitlər iştahı açırmış.

Salatı az qəbul edin, yersinizsə də bol yağlı və az sirkəli və az limonlu olsun.
(səs: 1)
Şərhlər: 5
Baxılıb: 4 022
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri