Kökəlmək istəyən qadınlar üçün məsləhətlər

Müəllif: Mr. OffiCeR
Şərhlər: 8
Baxılıb: 3 128
Səs ver:
(səs: 0)
Çox su içməyin
Gündəlik 1,5-2 litrdən artıq su içməməyə çalışın. Həddindən artıq su içdikdə bu toxluq hissi yaradır, daha az yeməyinizə səbəb olur. Əsas yeməkdən əvvəl içdiyiniz şorba miqdarını da azaldın.

Çay əvəzinə meyvə suyu için
Səhər yeməyi zamanı çay və ya qəhvə əvəzinə evdə özünüzün hazırladığı təbii meyvə suyu için. Beləliklə, səhər yeməyində daha çox kalori qəbul etmiş olarsınız. Təzə sıxılmış meyvə suları vitamin anbarıdır, immunitet sistemini gücləndirməyə kömək olur.

Hər gün 3 əsas, 3 ara yemək yeyin. Yeməkləri ötürməyin.

Kökəlmək istəyənlər üçün Balla qoz kokteyli
3 ədəd qozun ləpəsi əzilir, 1 çay qaşığı bal və 1 stəkan südlə qarışdırılaraq birdəfəyə içilir. Həmin üsulla ay ərzindən 2-3 kiloqrama qədər kökəlmək mümkündür.

Gündə 2 stəkandan artıq çay içmək olmaz.
Unutmayın karbohidrat deyəndə təkcə şəkər tozu deyil, həmçinin gün ərzində çörək və un məmulatları, şirniyyatlar, makaron, meyvə və tərəvəzlərlə birlikdə qəbul edilən məhsullar da nəzərdə tutulur.

Daha çox zülallar və təbii proteinlər hesabına kalori dəyəri yüksək olan qidalara üstünlük verilməlidir. Kökəlməyə qətiyyən şirniyyat, un məmulatları və yağlı yeməklər yeməklə başlamaq olmaz. Çünki bu məhsullar çəkini artırsa da bədən şəklini pozur.

Yeməkdən öncə idman edin, gəzin, qaçın. Bu həm iştahı açır, həm də sağlam kökəlməyə kömək edir.
(səs: 0)
Şərhlər: 8
Baxılıb: 3 128
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri