Maye pəhrizi necə edilir?

Müəllif: YalniZ-ArZu
Şərhlər: 5
Baxılıb: 2 637
Səs ver:
(səs: 0)
Maye pəhrizi sadəcə su və ya ət suyundan ibarətdir. Ən çox bir neçə gün müddətində saxlanılır və həkim nəzarətində edilməlidir. Maye pəhrizi haqqında ərtaflı məlumatı bu yazının davamından əldə edə bilərsiniz.

Maye pəhrizi həzm sistemində yaxşıca sovrulduğundan heç bir problem yaratmır. Bu pəhrizə başlamaq niyyətindəsinizsə əvvəlcə həkimlə məsləhətləşin. Mütəxəssislərə görə, bu pəhriz müddətində gərək heç bir qatı qida qəbul etməyəsiniz.

Maye pəhrizini niyə saxlamalıyıq?
Maye pəhrizi davamlı həzm sistemi problemlərində, qusma, ishal kimi hallarda saxlanılmağı məsləhətlidir. Buna görə də davamlı və qaydasında edilsə yaxşı nəticə əldə etmək olar.

Maye pəhrizində nələri içə bilərik?
Maye pəhrizi yetərli miqdarda su qəbul etməyimizə, natrium və kalium elektrolitlərini artıraraq enerji qazanmağımıza kömək olur. Pəhriz zamanı bunları qəbul etmək olar:
Su
Meyvə suyu (alma və ya üzüm suyu ola bilər)
Meyvə aromalı içkilər
Südsüz, kremsiz çay və ya kofe
Pomidor və tərəvəz suları
İdmançı içkiləri
Yağız ət suyu
Bal və şəkər

Dondurulmuş meyvə suları.

Bir günlük maye pəhrizi proqramı

Səhər yeməyi
1 stəkan meyvə suyu
1 fincan südsüz və kremsiz çay və ya kofe
İstəsəniz bal və ya şəkər

Ara yemək
1 stəkan meyvə suyu

Günorta yeməyi
1 stəkan meyvə suyu
1 stəkan su
1 stəkan ət suyu

Ara yemək
1 ədəd fıstıqsız, südsüz, meyvəli dondurma
1 fincan südsüz, kremsiz çay və ya kofe
İstəyə uyğun bal və ya şəkər

Axşam yeməyi
1 stəkan meyvə suyu
1 kasa yağsız ət suyu
1 fincan üdsüz, kremsiz çay və kofe
İstəyə uyğun bal və şəkər

Maye pəhrizinin nəticəsi
Əvvəldə qeyd etdiyimiz kimi, bu pəhrizə həkim nəzarəti ilə başlamaq lazımdır. Diabet kimi probleminiz varsa maye pəhrizini unudun. Pəhrizin nəticəsində bir neçə gün içərisində orqanizminizin yüngülləşdiyini, həzm sisteminizin və bağırsaqlarınızın təmizləndiyini hiss edəcəksiniz. Qısa müddətdə qarnınızda olan şişin azalmasının şahidi olacaqsınız.
(səs: 0)
Şərhlər: 5
Baxılıb: 2 637
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri