Yayda yığdığınız artıq çəkidən qurtulun - YOLLARI

Müəllif: Onun_Mələyi
Şərhlər: 4
Baxılıb: 2 121
Səs ver:
(səs: 0)
Yay tətili başa çatıb. Deməli, gözəl bir yay tətilində yığılan artıq çəkilərdən qurtulmaq zamanıdır. Bu işdə sizə sürətliyağ yandıran qidalar kömək edə bilər. Sizdə yay və bayram tətilləri zamanı artıq çəki yığmısınızsa, mütəxəssislərin təkliflərinə qulaq asın.

Qadınla.Com mütəxəssislərin artıq çəkidən qurtulmağa yarayan qidalar haqda fikirlərini təqdim edir.

Çiy yeyin, yağları yandırır


Yayda yığılan çəkilərdən xilas olmaq üçün“flavonoid” nisbəti yüksək olan qidalar yeyə bilərsiniz. Bəzi qidalarda yüksək nisbətdə olan flavonoidin xəstəliklərdən qoruma və allergiyaya yaxşı təsir etmə, eyni zamanda, yağ yandırıcı təsiri də var. Flavonoid qidaların içərisindəki yüksək antioksidant iltihab əleyhinə olanbir strukturdur. Yemək forması təsir miqdarlarının azalmasına və ya artmasına səbəb olur. Buna görə də çox miqdarda çiy qidalar daha yaxşı təsir göstərir.

Naharda çiy cəfəri yeyin

Gündəlik qidalanmada cəfərinin yeri mütləqdir. Eyni zamanda yüksək flavonoid tərkibi baxımından da əhəmiyyətlidir. Bədənin su tarazlığının təmin edilməsində və şişin çəkilməsində köməkçi olur. Həmçinin sürətli yağ yandırıcıdır. Əsasən salatlarda yeyilir. Lakin hər səhər naharda çiy olaraq yemək də yağ yandırılmasını sürətləndirər. Qaynamış suyun içinə cəfəri atıb, 10-15 dəqiqəyə qədər dəmləyin və çay kimi için.

Gündə bir stəkan zoğal suyu için

Antioksidant və iltihabı aradan qaldıran təsiri ilə şəfa qaynağı olan zoğal sinir sistemi xəstəliklərində da müalicəvi əhəmiyyət kəsb edir. Tərkibindəki yüksəkflavonoid nisbəti yağ yandırılmasını sürətləndirir. Zoğalı meyvə kimi yeyə, həmçinin suyu içilə, şəkərsiz şərbət və ya marmelad formasında da yeyilə bilər. Gündə bir stəkana qədər şəkərsiz zoğal suyu içmək yağ yandırılmasında müstəsna təsirə malikdir.

Yaşıl çayın içinə dilimlənmiş armud atın

Flavonoid tərkibi yüksək olan qidalardan biri də armuddur. Daimi və balanslı yeməkyağ yandırılmasını sürətləndirir. Lakin çox yedikdə mədə və bağırsaq problemlərinə səbəb ola bilər. Gündə 1 dənə armudu yaxşı yuyaraq, qabığını soymadan yeyə bilərsiniz. Dilimlənmiş armudu dəmlənmiş yaşıl çayın içərisinə ataraq içmək də yağ yandırılmasını sürətləndirər.

Hər rəng bibər yağ yandırır

Yaşıl, sarı, qırmızı bibər həm ehtiva etdiyi yüksək flavonoid təsiri, həm də C vitamini qaynağı kimi yüksək antioksidant təsiri ilə çəki azaltmağa kömək edən qidalardandır. Hər gün mütləq naharda və ya salatlarda yeyin. Bibərlərin içinə pendir doldurub, zülal tərkibini artıraraq da yeyə bilərsiniz. Birkasa qatığın içərisinə çay qaşığı qədər qırmızı pul bibər qatıb, ara pay kimi yeyə bilərsiniz. Bu üsul yağ yandırılmasını sürətləndirər.

Gündə 3-4 dilim yemiş yeyin

Susuzluq hissinin aradan qaldırılmasına kömək olan yemiş vitamin dəyəri yüksək meyvələrdəndir. Ehtiva etdiyi flavonoid sayəsində uyğun miqdarda yeyildikdə yağ yandırılmasını sürətləndirir. Gündə qalın kəsilmiş 2-3 dilim yemiş yeyin. Xroniki xəstəliyi olan insanlar həkim məsləhəti ilə yeyə bilər.

Bir neçə dilim çiy pomidor və qırmızı turp

Antioksidant təsiri qədər flavonoid tərkibi də yüksək olan qırmızı rəngli qidalardan pomidoru çiy yemək məsləhətdir. Bişirmədikdə pomidorda flavonoid itkisi yaşanmır. Çiy pomidor yağ yandırılmasına çox kömək olur. Qırmızı turp da flavonoid qaynağıdır. Turpu gündə bir neçə dilim yeməklə şişin qarşısını alan təsirindən faydalana bilərsiniz. Turpda olan dəmir və maqnezium mineralları yağın parçalanaraq bədəndən atılmasını təmin edir. Turp da pomidor kimi xüsusilə çiy olaraq yeyildikdə yağ yandırılmasını sürətləndirir.
(səs: 0)
Şərhlər: 4
Baxılıb: 2 121
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri