Toydan əvvəl diyetin əhəmiyyəti

Müəllif: Sweet Candy
Şərhlər: 3
Baxılıb: 2 093
Səs ver:
(səs: 1)
Bu çox vacibdir, çünki toy insan həyatında ən vacib hadisələrdən biridir. Hər bir insanın arzusudur ki, o gündə gözəl görünsün. Bunun üçün ilk növbədə əgər artıq kilolarınız varsa onlardan azad olmalısınız. Buna görə də siz idmanla məşğul olmalı, səhər qaçmalı ya gəzməli və yanaşı düzgün şəkildə planlanmış diyet saxlamalısız.

Həmçinin nəzərə alın ki, toy paltarını kilolarınızı atdıqdan sonra almalısınız. Əks təqdirdə bu sizə ölçülərdə problem yarada bilər. Amma əgər toy paltarını tikdirirsinizsə itirdiyiniz hər çəkini dərzinizə bildirməlisiz.

Əgər diyetoloqsuz arıqlamaq fikriniz varsa, özünüz üçün həftəlik diyet proqramı hazırlayın. Müxtəlif diyetlər var, amma hər bir diyet zamanı bunları nəzərə almalısız ki, karbohidrat, zülal, yağ tərkibli qidaları birlikdə qəbul etməməlisiz. Məsələn, sadə bir misal, kartofu, makaronu çörəklə birlikdə qəbul etmək ən böyük səhvlərdən biridir. Çünki hər ikisi karbohidratdır. Həm qidanın tərkibinə, həm də miqdarına diqqət yetirin. Süfrədən doymadan durun, çünki beyinə doyma siqnalı 20-30 dəqiqə ərzində çatır. Qurduğunuz düzgün diyet sizə 15-20 gün ərzində normal çəkiyə qayıtmağınıza kömək edəcək.

Yuxarıdakılardan əlavə olaraq, massaj və yoqanın da toydan qabaq çox böyük əhəmiyyəti olduğunu nəzərinizə çatdırmaq istəyirik.

Unutmayın ki, diyet zamanı bəzi insanlar stressə düşə bilərlər və buna görə də arıqlamaq əvəzinə əksinə kökələ bilərlər, əsas daxili sakitlikdir, əgər əsəbləriniz sakit deyilsə, bütün diyetlərə, digər qulluq qaydalarına baxmayaraq siz ən vacib gününüzdə gözəl görünə bilməyəcəksiniz.

Ümumiyyətlə isə kilonuzun artıq olub-olmadığın dəqiq bilmək üçün bədən indeksinizi bilməlisiniz. Bunun üçün saytımızda “Piylənmə” adlı məqaləmizi oxuyaraq öz indeksinizi hesablaya bilərsiniz.

Əgər diyet saxlaya bilməyəcəyinizi düşünürsünüzsə, onda heç olmasa bunları nəzərə almalısız. Məsələn, un və un məmulatları, müxtəlif biskvit, şirniyyat, çipsi, konfet, ət məhsulları (sosiska və kolbasa) və qızardılmış yeməkləri rasionunuzdan çıxardın. Üstünlüyü isə aşağıdakı şəkildə hazırlanmış qidalara verməlisiniz: Soyutma şəklində (ət, kartof və s.), maye yağla bişirilmiş yeməklərə üstünlük verməlisiz. Duzu azaltmağı isə unutmayın.

Meyvə, tərəvəzdən bol istifadə olunmalıdır, xüsusilə də sitrus. Qeyd etmək lazımdır ki, adi qreypfrut artıq kiloları atmağa çox kömək edir (gündə bir ədəd bu meyvədən yeməklə, ya onun şirəsini içməklə).

Qara çay əvəzinə yaşıl çay (adi, ya jasminli, nanəli) için. Bu çay həm arıqlamağa kömək edir, həm də bədəndəki zərərli maddələrin sürətlə çıxarılmasına səbəb olur. Suyu çox için, hamımız bilirik ki, su sağlamlıqdır, o cümlədən onun vasitəsilə dəriniz daha yaxşı və elastik görünəcək, unutmayın ki, su bədənimizin 70% təşkil edir. Yeməksiz qalmaq olar amma susuz yox…

Hamınıza əlamətdar günlərdə ən gözəl görünməyi arzulayırıq.
(səs: 1)
Şərhlər: 3
Baxılıb: 2 093
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri