Xanımlara özəl: gözəl bədənə sahib olmağın SİRRİ

Müəllif: Onun_Mələyi
Şərhlər: 8
Baxılıb: 2 556
Səs ver:
(səs: 0)
İdmanı musiqi dinləyərək edin.

İdman edərkən musiqi dinləmək yüksək əhval-ruhiyyə bəxş edir. Araşdırmalar idman edərkən musiqi dinləyənlərin 25 faizinin daha artıq müddət idman etdiyini göstərir. Bu da daha çox kalori yandırmağa kömək edir.

Yeriyərkən belə musiqi dinləməyə çalışın.Yeriyərək daha gözəl bədənə sahib olmağın sirlərini açıqlayır.Piyada gəzinti sadəcə çəki atmağa kömək etmir, həm də şəkər xəstəliyi, sümük əriməsivə xərçəngə yoluxma risklərini də azaldır. İdman dükanlarından addımları hesablayan pedometr almaqla, neçə metr addımladığınızı hesablaya bilərsiniz.

1-3 gün. Hər gün atdığınız addımların sayını hesablayın. Üçüncü gündən sonra bunları toplayıb 3-ə bölün və alınan nəticə sizin hər gün üçün ortalama qaçışınız olacaq.

4-5 gün. Ortalama addım sayına 1000 addım daha əlavə edin. Düşəcəyiniz avtobus dayanacağından bir az irəlidə düşüb piyada gedə bilərsiniz.

6-cı gün. Bu gündən etibarən gəzinti üçün
xüsusi günlər müəyyən etməlisiniz. 1500 addım daha əlavə edin. Sürətinizə görə 20 dəqiqədə 1500 addımı tamamlaya bilərsiniz. Gəzmədən əvvəl vəarada ən az 200 ml su içməyi unutmayın.

7-ci gün. Normada 10 dəqiqəyə çatdığınız yerə bir az tez gedin.

8-11 gün. Orta qaçış normasına 1500 addım əlavə edib qaçışa davam edin.

12-ci günü istirahət üçün ayıra bilərsiniz.

13-14 gün. 2 500 addım daha əlavə edin.

15-16 gün. 3 min addım daha əlavə edin. Bu iki gün ərzində daha çox tərləməyə çalışın və musiqi dinləməyi unutmayın.

17-ci gün istirahət edin.

18- ci gün ortalama yerişinizə 2 min addım əlavə edərək davam edin. Əgər özünüzü yorğun hiss edirsinizsə, idmandan əvvəl 1 fincan qəhvə için.

19-cu gün.
7-ci günü təkrar edin. Daha sürətli gəzin.20-ci gün. 1500 addım daha əlavə edərək proqramı tamamlayın.

Necə qaçmalısınız?Qaçarkən qarın əzələlərinizi içəri çəkin və yeriyərkən dik durun. Çiyninizi aşağı salın, boynunuzu uzadın və başınızı dik tutun.Qollarınızı sinə səviyyəsində tutun. Gündəlik işlərinizi görərkən hərəkətli olun, gedəcəyiniz yerlərə piyada gedin. 30 dəqiqə sürətli yeriyərək 120 kalori yandıra bilərsiniz. Əzələlərinizi çox işlətməklə bir o qədər də çox yağ yandıra bilərsiniz. Baldır, omba və sinə əzələlərinizi daha çox hərəkət elətdirin.Çox yeyin. Əgər az yesəniz, maddələr mübadiləniz zəifləyər və daha az kalori yandırar.Ancaq yediklərinizin kalorisi az olan yeməklər olmasına diqqət edin.İdman sürətinizi artırın.

Hündür yerlərə çıxmaqla 50 kalori artıq yandıra bilərsiniz.Gündə 8 saat yeriməklə 100 kalori artıq yandıra bilərsiniz. Periodik yeriyin. Nərdivanları iki-iki çıxmaq yüzdə 55 daha çox yağ yandırmanıza kömək edəcək.

Öz yeməyinizi özünüz hazırlayın.
Ev işlərindən qaçmayın. Tozları almaq, evləri silmək, süpürmək, yerləri yığışdırmaqla keçirdiyiniz 1 saat 200 kalori yandırmanıza kömək edəcək.

Susuz qalmayın.

Duruşunuzu düzəldin.
Oturmaq üçün nəzərdə tutulan yerlərdə yatmayın, ayaq üstə dura biləcəyiniz yerdə oturmayın və duruşunuzu düzəldin.
(səs: 0)
Şərhlər: 8
Baxılıb: 2 556
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri