Arıqlamağın RİYAZİ DÜSTURU: sadəcə 5 qida ilə PİYLƏRDƏN QURTULUN

Müəllif: YalniZ-ArZu
Şərhlər: 1
Baxılıb: 4 172
Səs ver:
(səs: 0)
Artıq çəki itirmək və orqanizmdə yağ miqdarının azalması, əslində, riyazi sistemə əsaslanır. Orqanizmin qazandığı enerji xərclənəndən azdırsa, bədəndə kalori çatışmazlığı yaranır və çəki itirilməsinə səbəb olur. Əhəmiyyətli olan isə itirilən çəkinin əzələ kütləsindən deyil, yağdan getməsidir.

Qadinla.com oxucuları yağ yandıran qidalarla tanış edir.

Yaşıl çay

Tərkibindəki fenol birləşmələri (epikateşin, epikateşin qallat, epiqallokateşin, epiqallokateşin qallat) orqanizmdə yağın depolanmasının qarşısını alır və yağ yandırılmasını sürətləndirir. Araşdırmalar sübut edib ki, fenol birləşmələri qəbul ediən enerjinin bağırsaqlar tərəfindən sovrulmasını azaldır. Yaşıl çay metabolizmi sürətləndirir. Buna görə də gündə 2-3 fincan yaşıl çay içməkdə fayda var.

Qatıq

Kalsium tərkibi sayəsində, xüsusilə, qarınətrafı yağlanmanın azalmasına yardımçı olur. Tərkibindəki konjuge linoleik turşusu hesabına yağ yandırılmasını dəstəkləyir. Protein miqdarının yüksək olması metabolizmin sürətlənməsinə gətirib çıxarır. 1 qab qatığa, 1 çay qaşığı qara bibər, zəncəfil və kətan toxumu əlavə edərək yesəniz, yağ yandırma təsiri maksimum olacaq.

Qırmızı bibər

Kapsaisin elementi sayəsində yağ yandırır. Metabolizmi sürətləndirir. Qastrit, mədə xəstəliyiniz yoxdursa, rahatlıqla istifadə edə bilərsiniz.

Darçın

Polimer tərkibi sayəsində qanda qlükozanın səviyyəsini balanslaşdırır. Beləliklə, yağln depolanmasına kömək edən insulin ifrazını azaldır. Darçın şirmiyyat istəyini də yox edir.

Hindistan qozu yağı

MCT turşu birləşməsi hesabına yağ yanmasına kömək edir. MCT-lər yağın enerjiyə çevrilməsinə kömək edir. Metabolizmi sürətləndirir. Gündə 2 qaşıqdan çox olmamaqla istifadə etməkdə fayda var.
(səs: 0)
Şərhlər: 1
Baxılıb: 4 172
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri