Yaponlar ideal çəkidə qalmağı necə bacarırlar?

Müəllif: Mr. OffiCeR
Şərhlər: 4
Baxılıb: 4 711
Səs ver:
(səs: 0)
Hədsiz köklük dünyanın bir neçə ölkəsində yayılan xəstəlikdir. Yaponiyada isə bu xəstəliyə çox az rast gəlinir. Bəs onların ideal çəkidə qalmasının sirri nədir? 

Balıq - Yaponlar balığın hər növündən istifadə edirlər. Daha çox da buxarda bişirməyə üstünlük verirlər. Hətta sulu yeməklərdə də balıqdan istifadə edirlər. Balığın içindəki omega-3 immuniteni qüvvətləndirir. İnfeksiyalardan qoruyaraq xəstəliklərin qarşısını alır. Ürək və beyin fəaliyyəti üçün əhəmiyyətli qidadır. 

Düyü - "Yaponlar düyü yediyi üçün arıqlayır" cümləsini tez-tez eşidirik. Düyü bizim də süfrələrimizin baş tacıdır. Lakin yaponlar bizdən fərqli olaraq qara və kəpəkli düyüyə üstünlük verirlər. Həm də onlar düyünü bizim kimi bol yağda bişirmirlər, yaponlar düyünü qaynadıraraq yeyirlər. Daha sağlam və lifli halda hazırlanan düyü, xəstəliklərdən qoruyur. Bundan başqa ideal çəkilərini qorumağa kömək edir. 

Tərəvəz - Yaponlar tərəvəzdən həddindən artıq çox istifadə edirlər. Bizdən fərqli olaraq, onlar tərəvəzləri saatlarla qaynatmırlar. Əksinə buxarda bişirərək tərkibindəki mimeralları, vitaminləri, antioksidant xüsusiyyətlərini qorumağa çalışırlar. 

Rafinə olunmuş məhsullar - Rafinə ediımiş şəkərli yemək-içməyə və hazır qidalara üstünlük vermirlər. Əsasən təbii qidalardan istifadə edirlər. 

Şirniyyatlar - Bir çoxumuz yeməkdən sonra şirniyyat yeməyə üstünlük verirk. Onlar isə meyvə yeməyə üstünlük verir. Meyvələri də yaşıl çayla yeyir. Gecələr isə meyvə yeməyə diqqət edirlər. 

Kiçik porsiyalar - Yaponlar yeməyi asta-asta və kiçik porsiyalarla yeyirlər. Beləcə yaponlar beyin toxluğunu təmin edənə qədər daha az yemək yemiş olurlar. Bizim etdiyimiz səhvlərdən biri də yeməyi çox tez yemək və toxluq hissi gələnə qədər aşırı kalori almaqdır. Bu da çəki artımına səbəb olur.
(səs: 0)
Şərhlər: 4
Baxılıb: 4 711
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri