Dünyada ən geniş tətbiq olunan dietalardan biri də yapon dietasıdır. Bu
dietanın 13 günlük müddəti ərzində ilkin çəkiyə uyğun olaraq 5-12 kq
arıqlamaq mümkündür. Yaponiyanın "Yaeks” klinikasında hazırlanmış bu
dieta insan orqanizmində maddələr mübadiləsini tənzimləyərək, insanın
uzun müddət çəkisinin artmasının qarşısını alır. Yapon xarakterinə uyğun
olaraq, bu dieta insanı gündəlik menyuya ciddi yanaşmasını tələb edir.
Dietanın 13 günü ərzində şəkər, duz, alkoqol və un məmulatlarından
istifadə etmək qadağandır. Gün ərzində qida qəbulu arası qeyri- məhdud
miqdarda qaynadılmış və ya qazsız mineral su içmək olar. Dietanı ilk
istifadədən yalnız 2-3 il sonra təkrar istifadə etmək olar. Dietanın
gündəlik rejimi isə belədir:
1-ci gün
Səhər yeməyi: tünd qəhvə.
Nahar: 2 bərk yumurta, kələm salatı (günəbaxan yağında), 1st. tomat soku.
Şam: qızardılmış və ya suda qaynadılmış balıq.
2-ci gün
Səhər yeməyi: tünd qəhvə, suxari.
Nahar: qızardılmış və ya suda qaynadılmış balıq, tərəvəz salatı(günəbaxan yağında).
Şam: 100 qr. suda qaynadılmış mal əti, 1 st . qatıq.
3-ci gün
Səhər yeməyi: tünd qəhvə, suxari
Nahar: günəbaxan yağında qızardılmış balqabaq
Şam: 2 bərk yumurta, 200 qr. suda qaynadılmış mal əti, kələm salatı (günəbaxan yağında)
4-ci gün
Səhər yeməyi: tünd qəhvə.
Nahar: 1 çiy yumurta, suda qaynadılmış 3 kök (günəbaxan yağında), 15 qr. pendir.
Şam: meyvə.
5-ci gün
Səhər yeməyi: sürtgəcdən keçirilmiş kök (limon soku ilə).
Nahar: qızardılmış və ya suda qaynadılmış balıq.
Şam: meyvə.
6-ci gün
Səhər yeməyi: tünd qəhvə.
Nahar: 0.5 qr. suda qaynadılmış toyuq, kök və ya kələm salatı.
Şam: 2 bərk yumurta, sürtgəcdən keçirilmiş çiy kök (günəbaxan yağında).
7-ci gün
Səhər yeməyi: çay.
Nahar: 200 qr. suda qaynadılmış mal əti, meyvə.
Şam: digər günlərin şam yeməklərindən istifadə etmək olar (3-cu gün istisna olmaqla).
8-ci gün
Səhər yeməyi: tünd qəhvə.
Nahar: 0.5 qr. suda qaynadılmış toyuq, kök və ya kələm salatı.
Şam: 2 bərk yumurta, sürtgəcdən keçirilmiş çiy kök (günəbaxan yağında).
9-ci gün
Səhər yeməyi: sürtgəcdən keçirilmiş kök (limon soku ilə).
Nahar: qızardılmış və ya suda qaynadılmış balıq.
Şam: meyvə.
10-ci gün
Səhər yeməyi: tünd qəhvə.
Nahar: 1 çiy yumurta, suda qaynadılmış 3 kök (günəbaxan yağında), 15 qr. pendir.
Şam: meyvə.
11-ci gün
Səhər yeməyi: tünd qəhvə, suxari.
Nahar: günəbaxan yağında qızardılmış balqabaq.
Şam: 2 bərk yumurta, 200 qr. suda qaynadılmış mal əti, kələm salatı (günəbaxan yağında).
12-ci gün
Səhər yeməyi: tünd qəhvə, suxari.
Nahar: qızardılmış və ya suda qaynadılmış balıq, tərəvəz salatı(günəbaxan yağında).
Şam: 100 qr. suda qaynadılmış mal əti, 1 st . qatıq.
13-ci gün
Səhər yeməyi: tünd qəhvə.
Nahar: 2 bərk yumurta, kələm salatı (günəbaxan yağında), 1st. tomat soku.
Şam: qızardılmış və ya suda qaynadılmış balıq.
DİQQƏT!!! Əgər siz hər hansı
günün rejimini pozsanız, bu nəticəyə də təsir göstərəcək. Bir ərzaqı
digəri ilə dəyişmək də mümkündür. Məsələn, əgər siz qəhvə içmirsinizsə
onu yaşıl çayla,qaynadılmış kökü çiyi ilə, balqabağı isə badımcanla əvəz
edə bilərsiniz. 13 günlük dieta müddəti bitəndən sonra gündəlik
qidanızın miqdarını tədricən artırın. İstənilən dietaya başlamazdan
əvvəl həkimlə məsləhətləşmək vacibdir.