Arıqlamaq istəyirsiniz?

Müəllif: Mr. OffiCeR
Şərhlər: 13
Baxılıb: 4 477
Səs ver:
(səs: 2)
Son zamanlar qadınların bəlasına çevrilib bu köklük. Kimisi yalnız ac qalmaqla, ya da güclü idmanla məşğul olmaqla problemin öhdəsindən gələcəyini düşünür. kimisi də heç bir yol tapa bilməyib, əsəb gərginliyi yaşamaqda davam edir. Təbii ki, bəzən də olur, arıqlayandan sonra birdən-birə yarana biləcək dəri sallanmasını, selüliti nəzərə almırlar. Bu problemlərlə qarşılaşmamaq üçün idman və pəhrizdən eyni vaxtda istifadə etmək məsləhət görülür.
Elə isə arıqlamağa kömək edən qidalar hansılardır?
 
Orqanizmdə qış fəslindən qalan artıq piylər yaya doğru əriməyə başlayır. Gözəl və cazibədar görünmək istəyənlər üçün kökəlmək əməlli-başlı iş olur. Zəifləmək naminə qidadan üz döndərənlər də olur. Əslində, bu, düzgün deyil. Əsl pəhriz təbii yolla, yeyməklə saxlanılır. Burada ən əsas məsələ qida seçiminə diqqət etməkdir. Bəs insanı zəiflədən qidalar hansılardır? Pəhriz saxlayanlar ən çox nə içməli, nə yeməlidirlər? Mütəxəssislər insana toxluq verən qidalara üstünlük verməyi məsləhət görürlər. Məsələn: İştah azaldan vasitələrdən biri də gündəlik maye qəbulunun həcmini artırmaqdır. Yaş və boya görə miqdar dəyişsə də, orta hesabla hər gün 2-3 litr su içmək iştəhanı azaltmaqda sizə kömək edəcək. Bitki çaylarından da istifadə etmək bu hesaba daxildir. Yaşıl çay, darçınlı çay kimi içkilər arıqlamaq istəyənlər və az yeməyi üstün tutanlar üçün yaxşı seçimdir.
 
 Su içmək vacibdir. Suyun super qida kimi qəbul edilməsinin ən əsas səbəbi onun "sıfır kalorili" olmasıdır. Əgər yüksək kalori ehtiva edən içkilərdən istehlak etsəniz, bunu tarazlaya bilmək üçün daha az yemək məcburiyyətində qalarsınız. Araşdırmalar göstərir ki, karbohidratları içməkdənsə, yemək daha yaxşıdır. Su bütün orqanizm üçün xüsusi əhəmiyyət daşıyır və günün hər saatında içilə bilər. Adi suyu içməyi xoşlamayanlar içinə təzə meyvə dilimləri atıb, bir az gözlədikdən sonra içə bilərlər.

Quru paxla növləri (noxud, mərcimək, lobya, maş), lifli qidalar (kəpəkli taxıl məhsulları, yarma plovu, kəpəkli düyü). Vitamin və zülal baxımından son dərəcə zəngin bir qida olan paxlanın dənələri təzəykən yaşıl, quruyanda qəhvəyidir. Quru paxla təzə paxla ilə müqayisədə daha qidalıdır. Paxla həzmi asanlaşdırır, sidik yollarını təmizləyir. Böyrəklər üçün olduqca faydalıdır. Paxlada nişasta nisbəti yüksək olduğu üçün qandakı şəkər miqdarını artırdığından, şəkərli diabet xəstələrinə tövsiyə edilmir.

Quru paxlalıların tərkibində liflər olduğuna görə, özünüzü tox hiss etmənizi təmin edir. 1,5 stəkan quru maş lobyada təxminən 8 qram lif, 7 qram zülal və təxminən 110 kalori var. Paxlalıları yemək kimi qaynadıb, salat və şorbaların içinə də əlavə etmək olar.

Qatıq. Yağsız qatığın tərkibində olan kalsiumun zəiflədici təsirə malik olduğu təcrübələrlə sübut edilmişdir. Təcrübələrin birində gündə 3 boşqab yüksək kalsiumlu və yağsız qatıq istehlak edən kök fərdlər, aşağı kalsium və yağlı qatıq yeyən kök fərdlərlə müqayisədə yüzdə 22 daha çox kilo və yüzdə 61 daha çox bədən yağı itirmişdir. Buradan alınan ən təsiredici nəticə isə yüksək kalsiumlu və yağsız qatıq yeyənlərin yüzdə 81 daha çox qarın bölgəsindəki yağlarını itirmələridir.
Qatığın tərkibində karbohidrat və zülal mineralı birlikdə olduğu üçün qan şəkərinin nizamlanmasında və aclığa nəzarət etməkdə təsirlidir.
 
 Yaşıl salat. Aşağı kalorili salatlar əsas yeməkdən əvvəl yeyildikdə insanın özünü doymuş hiss etməsinə səbəb olur. Aparılan araşdırmalara görə, yeməklə birlikdə yeyilən aşağı kalorili kiçik salat yemək payında alınan kalorini yüzdə 7, böyük bir salat isə yüzdə 12 azalda bilir. Ancaq araşdırmanın nəticələri yüksək kalorili salatlar üçün tərsinin doğru olduğunu aşkara çıxardıb. Pay zamanı yeyilən yüksək kalorili kiçik bir salat alınan kalorini yüzdə 8 artırarkən, böyük bir salat yüzdə 17 artırır.

Şorba (ət və ya balıq suyu ilə hazırlanmış bol pomidorlu şorba). Əsas yeməyə başlamadan əvvəl içilən ət və ya balıq suyu ilə hazırlanmış bol pomidorlu şorba adama doymuş hissi verir. Beləcə, insan əsas yeməyə keçəndə özünü tox hiss etdiyi üçün daha az kalori alma meylində olur. Aşağı kalorili şorbalar aclıq hissini aradan qaldırmaqda çox işə yarayır.
 
Yaşıl çay. Bir böyük stəkan buzlu yaşıl çay və ya bir böyük stəkan isti yaşıl çay içmək arıqlamağa yaxşı təsir göstərir. Aparılan təcrübədə mütəxəssislər belə bir nəticə əldə etmişlər: könüllü olaraq 3 ay ərzində hər gün bir şüşə yaşıl çay içənlər, digər qrupa nisbətdə daha çox yağ itiriblər. Mütəxəssislərə görə, yaşıl çayın içində olan kateinler (faydalı bir kimyəvi maddədir) kalorini azaldır və çəki itirilməsinə kömək edir.
(səs: 2)
Şərhlər: 13
Baxılıb: 4 477
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri