5 gündə 5 kq arıqlayın

Müəllif: aliceWOnDer
Şərhlər: 9
Baxılıb: 5 422
Səs ver:
(səs: 7)
Əgər bu dieta ilə yanaşı siz idman hərəkətləri də etsəniz onda rahat bir şəkildə 5 kq arıqlaya biləcəksiniz. Bunun üçün hər səhər yuxudan oyandıqda bir stəkan ilıq suya 1-2 damçı limon suyu qataraq için.

Su içdikdən yarım saat sonra isə mütləq səhər yeməyinizi yeyin.

Bu yarım saat ərzində isə bel və qarın nahiyyənzi əritmək üçün idman hərəkətləri edin.

Səhər yeməyində:
2 kibrit qutusu həcmində yağsız pendir,
5 ədəd duzsuz qara zeytun,
bir qədər cəfəri,
5 dilim pomidor.
1 ədəd qabıqlı xiyar,
1ədəd yumurtanı soyutmasının ancaq ağını yeyə bilərsiz.

Bundan sonra bir kələm yarpağını qazanada ağzını qapayaraq qaynadın.Gün ərzində bu kələm suyunu için. Kələm suyu o qədər yaxşı dadmır. Ona görə, onun suyuna bir qədər limon sıxa bilərsiz. Arabir yenə də kələm yarpaqlarının üzərinə limon suyu əlavə edib yeyə bilərsiz.

Günorta toyuğun döş hissəsini ədviyyatlarla basdırma şəklinə salıb qızarda bilərsiz. Və ya elə manqalda bişirib yesəniz daha yaxşı olar. Bu diyetada duzdan istifadə etməməklə siz daha çox arıqlaya bilərsiz. Toyuqla birlikdə yağsız və duzsuz salat da yeyə bilərsiniz. Salat yoxdursa, yağsız qatıqla kifayətlənə bilərsiz.Ancaq çörəkdən istifadə qəti qadağandır.

Bundan əlavə yemək araları acdıqda,
5 ədəd ərik qurusu,
10 ədəd fındıq,
5 ədəd badam və ya qozdan istifadə faydalıdır.

Bu arada kələm suyunu içməyi də unutmayın. Əgər kələm yoxdursa, onda bir dəstə cəfərini qaynadıb suyun içmək faydalıdır.

Axşam isə 100 qram yağsız ətin manqalda bişmişi sizin günlük zülal ehtiyacınızı ödəyəcək. Yenədə yağsız qatıq və ya duzsuz salat ətin yanında istifadə oluna bilər.
(səs: 7)
Şərhlər: 9
Baxılıb: 5 422
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri