İdeal gözəlliyin ən qısa yolu - Yapon pəhrizi

Müəllif: Mr. OffiCeR
Şərhlər: 8
Baxılıb: 4 767
Səs ver:
(səs: 1)
İdeal bədən quruluşu, hamar və məxmər kimi dəri, gur saçlar, gözlərdə xoşbəxt parıltı, zərif və möhtəşəm yeriş, müsbət əhval - hər qadının ən böyük arzusudur. Bəs bu gözəlliyi necə əldə etmək olar?

Fərqli metodların sınandığı bu dövrdə gözəl olmağın birinci yolu pəhrizdir. Bunu nəzərə alaraq bütün dünyada son zamanlar məşhur olan yapon pəhrizini təqdim edirik.

Yaponların ənənəvi qida komponentlərindən ibarət olmasa da, yapon mütəxəssisləri tərəfindən hazırlandığından yapon pəhrizi olaraq bilinir. Bu pəhrizə əməl etməklə 2 həftə ərzində 8 kiloqram arıqlaya bilərsiz.

Yapon pəhrizi 13 günlük nəzərdə tutulub. Yüksək keyfiyyət və faydasına baxmayaraq, ildə bir dəfədən çox saxlanması məsləhət deyil. Pəhriz müddətini azaltmaq da olmaz. Ciddi pəhriz ardıcıllığına riayət etmək, gündə 1.5 litr mineral su içmək, un, qənnadı məmulatları, duz, şəkər, spirtli içki istifadəsini dayandırmaqla pəhrizin faydasını görəcəksiz.

13 günlük pəhrizin qida rasionuna qəhvə, alma, balıq, mal əti, meyvə, tərəvəz, qatıq  və pomidor suyu daxildir. Qəhvəni yaşıl çayla da əvəzləyə bilərsiz. Klassik yapon pəhrizinə düyü, lobya və azca şəkər də daxildir. 
(səs: 1)
Şərhlər: 8
Baxılıb: 4 767
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri