Gülben Ergeni arıqladan darçınlı çay

Müəllif: emis
Şərhlər: 13
Baxılıb: 4154
Paylaş:
Səs ver:
(səs: 0)
Darçın həm toz, həm də çubuq şəklində işlədilir.

Südlü şirniyyatlara, çaylara, tortlara, kekslərə, kökələrə, meyvə salatlarına əlavə edildikdə çox gözəl dad verir. Ləzzətli olduğu qədər şəfalı fermentlər ehtiva edən çox dəyərli bir ədviyyatdır.

Darçın çayının faydalarını təqdim edirik:
Darçın çayının faydaları:

Darçın çayının güclü təsirə malik olduğu qədim dövrlərdən bəri məlumdur. Ondan bu günə qədər bir çox xəstəliyin müalicəsində istifadə edilib. Darçın çayı həzm sistemini yaxşılaşdırır,  menstruasiya dövründə yaranan ağrıları aradan qaldırır,qanda şəkərin miqdarını tənzimləyir.Bakteriya əleyhinə güclü xüsusiyyətləri orqanizmi infeksiyalara qarşı qoruyur, soyuqdəyməni sağaldır, qan dövranını sürətləndirir. Və ən əsası arıqlamağa kömək edir. Darçın xolesterini aşağı salır, ürək xəstəliklərinə yaxşı təsir edir, xərçənglə döyüşür, diş ağrısını kəsir, ağız qoxusunu aradan qaldırır, tənəffüs problemlərinin həllinə kömək edir, yaddaşı və zehni gücləndirir. Əmizdirən qadınlarda süd artımına səbəb olur.

Darçından maska kimi də istifadə edə bilərsiniz. Belə ki, darçın maskası sızanaq və qara nöqtələri yox edir, qaşınmanı kəsir, qanaxmanın dayandırır.

Darçın çayının əks təsirləri

Darçın çox tez-tez və yüksək dozalarda istehlak edildikdə hər şəfalı maddə kimi bəzi əks təsirlər göstərə bilər.

Məsələn, darçının uzun müddət istifadəsi qəbizliyə səbəb olar. Çubuq darçın çayından gündə ən çox 1 fincan istehlak etmək lazımdır. Hamiləlik dövründə həkimlə məsləhətləşmədən darçın və darçın çayı içmək olmaz.

"Çin darçını” kimi tanınan darçın növünün qaraciyərə mənfi təsir etdiyi deyilir. Buna görə də qaraciyərlə bağlı problem yaşayanlar həkimlə məsləhətləşməlidir.

Qanda şəkərin tarazlığına təsir göstərdiyi üçün əməliyyatdan əvvəl və sonra 15 gün ərzində darçın çayı içmək olmaz.

Darçın yağı dəriyə birbaşa çəkildikdə qıcıqlanmaya səbəb olduğundan başqa yağlarla qarışdırılıb sonra istifadə edilməsi məsləhətdir.

Darçın çayı arıqladırmı?

Güclü bir antioksidant olan darçın təkbaşına arıqlamağa kömək etmir. Amma qanda şəkəri tənzimlədiyi və insulin fermentini tarazlaşdırdığı üçün arıqlamaqda təsiri danılmazdır. Belə ki, darçının qəbulundan sonra insan uzun müddət özünü tox hissi edir ki, bu da arıqlamaq istəyənlər üçün çox mühüm amildir. Belə ki, gündəlik yediyiniz qidaya darçın əlavə edərək, qlükozanın orqanizmə daha yaxşı sovrulmasını təmin edərsiniz. Bundan başqa, darçın enerji mənbəyi olaraq yağ anbarından istifadəni təmin edir.

Darçın çayının resepti

Toz darçınlı çay üçün - 1 böyük stəkan suya 1,5 çay qaşığı toz darçın atıb 2-3 dəqiqə dəmlənməsini gözləyin və sonra için.

Çubuq darçınlı çay üçün -1 stəkan isti suya 1 çubuq darçın atın və 8-10 dəqiqə dəmləyib sonra için.

Çayın içinə 2-3 diş mixək və 1 dilim limon əlavə etdikdə daha təsirli olur.

Darçınlı salat

Bundan başqa, bir kasa qatığın içinə xırda mövsüm meyvələrini dilimləyin və hamısının üzərində 1 çay qaşığı toz darçın səpərək nəfis və yüngül desert hazırlaya bilərsiniz. Yetişmiş sulu şaftalı ilə çox dadlı olur.

Məşhur müğənni Gülben Ergen də pəhrizində darçına yer verərək qısa müddətdə və sağlam şəkildə arıqlayıb. O,  darçını çubuq şəklində gündə 3 dəfə su və mixəklə birlikdə qaynadıb içərək bu nəticəni əldə etdiyini dilə gətirib.

loading...
(səs: 0)
Şərhlər: 13
Baxılıb: 4154
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Offline
YARIM QALMIS XEYALLAR
Darcinin iyini xoslayiram amma zencefil limin darcin icdim ariqlatmir. Gerek yemeyesen ac qalasanki ariqlayasan. Bacim yag seker corek yemir yemekde yarma qrecka suda qaynadib yeyir ariqlayir. Vallah zayiflamak guzel amma yemek yemek ondanda guzel.
25 dekabr 2015 23:51
13
Kimise aglatma yoxsa o goz yaslarinda bogularsan.
Offline
meni_gozle
tek darcinli ewitmemiwem...ama darcin, zencefil,mixek,limon bir yerde isti suya tokub termusda yarimsaat saxla sonra gun erzinde ic o ela piyleri dagidir ariqladir adami hemdeki soyuqdeymenin qripin qarwisini alir
11 avqust 2015 13:54
12
Offline
Catwoman666
Darçın çayını paçkalarda satırlar. İstəyən alıb içə bilər. faydalı olduğunu düşünürəm.

...666...
30 iyul 2015 18:12
11
Viking
Offline
tatyana
Darcini 1-2ay hergun icdim demliyib limon sixib icirdim hec bir komeyi yoxdu ariqlama ucun
29 iyul 2015 09:32
10
QELBİMİ PARAMPARCA EDEN İNSANLARIN QELBİNİ ALLAHIMA TAPŞIRDIM.....ALLAHIM SEN BİLEN YAXŞI
Offline
VIP
Maraglıdır var istifadə edərəm
29 iyul 2015 01:16
9
Başımın üstündə Allah,yanımda ailəm olsun.
Offline
Nergız33
Men darcınlı caydanarıqlamaqcun isdifade edirem mixry qatmırdım bunnan bele qataram
28 iyul 2015 22:26
8
Melek gibiyim aslindamelek,sadece kanatlarim kirildiginda supurgeme biniyorumgirl_witch.Hepsi bu:)
Offline
vipbetul
darcinli cay ariqladir bu barede esitmisdim
28 iyul 2015 21:19
7
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Offline
qanadli melek
Darcini sude qatib icirdim men oda ariqlamaga komek edir
28 iyul 2015 20:57
6
Bezen herseyin tek bir cavabi vardir...BiLMiREM..
Offline
sadecə mən
Darçın çayından istifadə etmişəm həqiqətən çox faydalıdır.

Arıqlatdığı barədə bilmirdim.Ehtiyacı olanlara tövsiyyə edəcəyəm.
28 iyul 2015 20:45
5
"Qız" var..Qışda mini yubka geyib oğlana görə,QIZda var..Yayda hicab geyib Allaha görə dözür.
Offline
yarpaq33
Darcinin xeyirli oldugunu bilirdim ama ariqlatdigindan xebersiz idim Men darcini balla qariwdirib maska duzeldirem neticesi cox gozeldir uzun rengini acir derini temizleyir ve parlaq edir
28 iyul 2015 20:20
4
Rebbinin adini zikr et ve ozunu tamamile Ona hesr et
Offline
Bebiw
iyuyuyu bu ne be en zehlem geden weydi darcin
28 iyul 2015 20:20
3
sowu
Offline
Dosta_inam
Hec icmemisem darcinli cay, ancaq mixekli cay ela 07 olur, ariqlamaga komek edirse ehtiyaci olanlar istifade ede biler, menim ehtiyacim yoxdur tesekkur, 02
28 iyul 2015 20:18
2
Əsl "DOST" göydəki ulduzlar kimidir, qaranlıq çöküncə ilk onlar görünər...
Offline
BARBI
Darcinli caydan hec istifade etmemisem. Ama darcin cox faydali bitkidir.
28 iyul 2015 20:13
1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 

Qadın testləri

Aylıq arxiv