Beyonsu arıqladıb gözəlləşdirən vegeterian pəhrizi haqqında bilmədikləriniz

Müəllif: Fialka
Şərhlər: 4
Baxılıb: 2 614
Səs ver:
(səs: 1)
Bu günlərdə tanınan da, tanınmayan da nəinki sağlam qidalanmağa çalışır, həm də gənc qalmaq istəyir. Tanınmış insanların əsas gəlir mənbəyi birbaşa xarici görkəmləri ilə bağlı olduğu üçün bu məsələyə onlar daha həssas yanaşırlar. Məsələn, məşhurlar arasında vegeterianlar az deyil. Beyons da arıqlığını və gözəlliyini vegeterian pəhrizinə borclu olduğunu deyir.

Lakin vegeterian pəhrizini saxlamaq çox çətindir. Ona görə də bu pəhriz haqqında çoxlu əfsanələr dolaşır. Ən pisi isə bu əfsanələrə inanan və yaxud vegeterian haqqında düzgün məlumatlanmadan pəhrizə başlayanlar özlərinə ciddi zərər verirlər.

1. "Bitki və tərəvəzlərdən kifayət qədər zülal qəbul etmək olmur”
Bu iddialara inananlar bilməlidir: ət və ət məhsulları zülal bazarında inhisarçı deyil. Əslində, alkoqol və şəkər istisna olmaqla, bütün qidalarda az və ya çox dərəcədə zülal var. Məsələn, yarım stəkan paxlada təxminən 30 qram ətin ehtiva etdiyi qədər zülal olur. Onsuz da orqanizm ətin vermədiyi amin turşularını da mərci, paxla, fındıq və ya badam kimi ərzaqlardan alır. Həmçinin vegeterian pəhrizi lif, E və C vitaminləri, maqnezium, kalium, folat və karotenoid baxımından inanılmaz dərəcədə zəngindir.

2. "Fitnes məşqlərini etmək üçün güc kifayət deyil”
Güc idmanda, xüsusən, atletikada əsas təşkil etsəydi, vegeterian pəhrizi ilə qidalanan Venus Villiams və Camelo Entoni kimi atletləri heç vaxt yüksək tribunalarda görməzdik. Yeri gəlmişkən, bitkilər də məşqlərdə sizi lazım olan yanacaqla təmin edir. Yəni həm vegeterian pəhrizi saxlamaq, həm də idman etmək düşünüldüyü qədər də əziyyətli iş deyil. Heyvan mənşəli qidalarda olan və məşq zamanı ehtiyac duyacağınız müəyyən maddələri digər meyvə və tərəvəz, həmçinin bitkilər vasitəsilə təmin etmək mümkündür.

3. "Asanlıqla arıqlayırsınız”
Təəssüf ki, bütün vegeterianlar arıq və sağlam deyil. Dünyada vegeterian pəhrizi saxladığı halda, bitki, meyvə və tərəvəz yeyənlər arıqlaya bilmir. Ona görə də meyvə və tərəvəzlərin işlənməmiş olmasına diqqət etmək lazımdır. Bu tövsiyə, sadəcə, vegeterian pəhrizi saxlayanlar üçün deyil, hamı üçün keçərlidir.

4. "Ət olmayan pəhrizlər hamilələr üçün zərərlidir”
Hamiləlik dövründə qidalanma vərdişi üzərində təcrübələr aparmaq doğru deyil. Ona görə də əgər vegeterian hamiləsinizsə, şayiələrə aldanıb qidalanmanızda dəyişikliklər etməkdən çəkinin. Yeri gəlmişkən, qeyd edək ki, vegeterian pəhriz ilə qidalanan uşaqlarda həddindən artıq çəki alma, yüksək qan təzyiqi və şəkər kimi risklər, demək olar ki, olmur. Amma təbii ki, hamilələrin bir az kökəlməsində fayda var. Fındıq, fındıq əzməsi, quru meyvə, soya kimi ərzaqlar hamilələrin ehtiyacını ödəyə bilər.

5.  Bahalıdır
Ətin ən bahalı qida kimi marketlərin vitrinlərini bəzədiyi bir dünyada vegeterian pəhrizinin bahalı olduğunu demək gülməlidir.

6. Daim acsınız?
Əgər vegeterian pəhrizi ilə bəsləndiyiniz halda, daim aclıq hiss edirsinizsə, demək, nəyisə düz etmirsiniz. Pəhriz üçün seçilən qidalarda kifayət qədər lif, yağ və zülal olmalıdır. Liflər bitkilərin yaxşı həzm edilməsinə kömək edir və qan şəkəri səviyyəsini normaya salır, həmçinin aclıq hissinin yaranmasını əngəlləyir. Yavaş həzm olunmasına baxmayaraq, zülal və yağ da böyük enerji mənbəyidir.

7. Daha az enerji ilə təmin edir
Vegeterian qidalanma bədəni daha çox enerji ilə təmin edir.  Əgər özünüzü yorğun hiss edirsinizsə, deməli, kifayət qədər B12 vitamini və ya dəmir qəbul etmirsiniz. Bu iki qida ətdə bol olur. Amma süd, yumurta kimi qidalarda da çoxluq təşkil edir. İspanaq, mərci, noxud və paxla kimi qidalar da dəmir baxımından zəngindir
(səs: 1)
Şərhlər: 4
Baxılıb: 2 614
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri