Günəş arıqladırmı?

Müəllif: Mr. OffiCeR
Şərhlər: 2
Baxılıb: 2 370
Səs ver:
(səs: 0)
Sümükləri gücləndirən D vitamini yağ yandırmada köməkçi ola bilərmi? D vitamini arıqladırmı? Kalsiumun udulmasını artıran və sümüklərdə kalsium toplanmasına kömək edən D vitamini bədənə yetərli miqdarda alınmadıqda sümük əriməsinə və sümük xəstəliklərinə yol aça bilər. D vitamininin ən böyük qaynağı olan günəş də bu vitaminin öz vəzifəsini yerinə yetirməsinə köməkçi olur. Yetərli miqdarda günəş qəbul etdiyimiz zaman bədənimiz öz-özünə D vitamini yarada bilir. D vitamini "tuna" kimi bəzi balıqlarda, ciyər, pendir, kərə yağı, balıq yağı və yumurtanın da tərkibində vardır.

Son zamanlarda D vitamini və yağ yandırma əlaqəsiylə bağlı müxtəlif araşdırmalar həyata keçirildi. Bəs həqiqətən D vitamini yağ yandırmada köməkçi olurmu?
Çəkiyə nəzarət və D vitamini əlaqəsi göz önünə alındığı zaman çəkisi yüksək olan insanlarda D vitamininin az olduğu görünmüşdür. Bədəndəki D vitamini səviyyəsi az olduqda toxluq hormonunun da az ifraz olunduğu anlaşılmışdır. Hüceyrəvi səviyyədə D vitamininin yağ hüceyrələrinin artmasını əngəllədiyi məlum olmuşdur. Araşdırmalar nəticəsində D vitamininin xüsusilə bel bölgəsindəki yağları yandırmağa kömək etdiyi ortaya çıxmışdır. Kalsiumla birlikdə işləyən D vitamini qarın bölgəsində yağlanmaya səbəb olan stres hormonu - kortizolu da azaldır.

D vitamini çatışmazlığı önəmlidir.
Yetkin insan yay aylarında günəşə çıxdığı zaman gündəlik D vitamini ehtiyacını qarşılamış olur. Ancaq qışda daha az günəşə məruz qaldığından D vitamini əlavəsi almaq gərəklidir. D vitamini əlavəsi alma ehtiyacınızın olub olmamasına isə həkiminiz ölçmələr apararaq qərar verməlidir.
(səs: 0)
Şərhlər: 2
Baxılıb: 2 370
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri